Ənam Surəsi 71. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
De: “Biz Allahı qoyub bizə bir xeyir, bir zərər verə bilməyən şey-lərəmi ibadət edəcəyik? Allah bizi doğru yola yönəltdikdən sonra, şeytanların yer üzündə azdırdığı, (mömin) dostlarının isə: “Bizə tərəf gəl!”(–) (deyib doğru yola) ça-ğırdıqları çaşbaş qalan kimsə kimi geriyəmi döndəriləcəyik­?” De: “Ancaq Alla-hın haqq yolu doğru yoldur! Bizə əmr edilmişdir ki, aləmlərin Rəbbinə təslim olaq.
Bünyadov-Məmmədəliyev:
De: “Biz Allahı qoyub bizə bir xeyir, bir zərər verə bilməyən bütlərəmi tapınacaq Allah bizi düzgün yola yönəltdikdən sonra yer üzündə şaşqın dolaşarkən şeytanların azdırdığı adam kimi geriyəmi (küfrə) döndəriləcəyik? Halbuki dostları onu: “Bizə tərəf gəl!” deyərək haqq yola çağırırdılar! De: “Allahın hidayəti (islam dini) doğru yoldur. Bizə aləmlərin Rəbbinə təslim olmaq əmr edilmiş,
Elmir Quliyev :
Скажи: "Разве мы станем поклоняться помимо Аллаха тому, что не приносит нам пользы и не причиняет вреда? Разве мы обратимся вспять после того, как Аллах наставил нас на прямой путь, подобно тому, кого дьяволы на земле обольстили и привели в замешательство, чьи товарищи призывают его на прямой путь: “Иди к нам!”". Скажи: "Путь Аллаха единственно верный путь, и нам велено покориться Господу миров.
Ələddin Sultanov:
De: “Allahı qoyub bizə bir xeyir, bir zərər verə bilən şeylərəmi dua edək?! Allah bizi doğru yola yönəltdikdən sonra yer üzündə şaşqın bir halda dolaşarkən şeytanların azdırdığı kəs kimi geriyəmi döndəriləcəyik? (Şeytanın azdırdığı) o kimsənin “Bizə gəl!” - deyərək haqq yola çağıran dostları var”. De: “Əsil doğru yol Allahın yoludur. Bizə aləmlərin Rəbbinə təslim olmağımız əmr edilmişdir”.
Kerbelayi Malik ağa:
De ki: ‘Bizə fayda zərər verməyən Allahdan başqa şeylərəmi dua edək? Bizi Allahın hidayətə ərdirməsindən sonra yer üzündə şeytanların aldadıb çaşbaş buraxdığı, yoldaşlarının da ‘bizə hidayətə gəl’ deyə çağırdığı kimsə kimi topuqlarımızın üzərində geriyəmi döndərilək?’ De ki: ‘Şübhəsiz ki, Allahın hidayəti (Allaha təslim olmaq), o hidayətdir biz aləmlərin Rəbbinə təslim olmaqla əmr olunduq.’
Ələsgər Musayev:
De: «Ə, Allahdan başqasınımı çağıraq ki, bizim üçün mənfəət zərəri yoxdur üz döndərək ondan sonra ki, Allah bizi hidayət etdi, ta o şəxs kimi ki, şeytanlar onu azdırıb o, ərzdə heyran qalıbdır? Bir surətdə ki, onun dostları var onu dəvət edirlər hidayətə: “Gəl bizə tərəf!”» De: «Həqiqətən, hidayət Allahın hidayətidir bizə əmr olunub aləmlərin Rəbbinə təslim olmaq
A.Mehdiyev və D.Cəfərli:
De: «Allahı qoyub bizə bir xeyir verən bir ziyan vuran qeyrisinimi çağıraq (başqasına ibadət edək) Allahın bizi hidayət etməsindən sonra (cahiliyyət dövrünə) qayıdaq?! (Cin) şeytanların(ın) yer üzündə avara-sərgərdan qoyduqları şəxs kimi (olaq)? Halbuki onun «bizə tərəf gəl!» (deyib) hidayətə doğru çağıran dostları vardır (lakin o, sərgərdanlıq çaşqınlığın çoxluğundan həmin dəvəti qəbul etmir)». De: «Şübhəsiz, (həqiqi) hidayət Allahın hidayətidir. Bizə aləmlərin Rəbbinə təslim olmaq əmr olunmuşdur.»
Kövsər Tağıyev:
De ki: “Allahı qoyub bizə faydası olmayan, zərəri toxunmayan şeylərəmi tapınaq? Allah bizi hidayətə qovuşdurduqdan sonra (şirkə) gerimi döndərilək? Dostları: “Bizə tərəf gəl”, deyə doğru yola çağırdıqları halda yer üzündə sərgərdan dolaşıb şeytanların aldatdığı kimsə kimimi (olaq)?” De ki: “Heç şübhəsiz, əsl doğru yol Allahın yoludur. Bizə aləmlərin Rəbbinə boyun əymək əmr olundu”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Doğrudanmı biz Allahı qoyub bizə bir xeyri, bir zərəri dəyəni çağırarıq? Allah bizə düz yol göstərəndən sonra geri qaytarılarıqmı? O kəs kimi ki, dostları “Yanımıza gəl“ - (deyərək) düz yola çıxdığı halda şeytanlar onu yerdə başdan çıxarmış o çaşıb qalmışdır?" De: "Həqiqətən, Allahın yolu düz yoldur bizə buyrulmuşdur ki, aləmlərin Rəbbinə itaət edək.
Sabirə Dünyamalıyeva:
De ki: "Allahın altındakılardan bizə fayda verməyən zərər verməyən şeylərə yalvaracağıqmı? Allah bizi doğru yola yönəltdikdən sonra, 'Bizə gəl!' deyə haqq yola yaxşılığa çağıran yoldaşları varkən şeytanlar tərəfindən aldadılıb yoldan çıxarılan yer üzündə sərgərdan bir halda dolaşan kəslər kimi geri qayıdaqmı?" De ki: "Şübhəsiz ki, Allahın doğru yolu, həqiqi doğru yolun özüdür.