Əraf Surəsi 71. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Hud) dedi: “Artıq Rəbbinizdən sizə əzab qəzəb yetişdi. Siz özünüzün atalarınızın adlandırdıqları (bütlər) ba-­rəsində mənimlə mübahisəmi edirsiniz? Halbuki Allah onlar barəsində heç bir dəlil nazil etməmişdir. Gözləyin! Şübhəsiz mən sizinlə birlikdə gözləyənlərdənəm”.
Bünyadov-Məmmədəliyev:
(Hud) onlara belə dedi: “Artıq Rəbbinizdən sizə bir əzab qəzəb gəlməsi vacib oldu (artıq əzab qəzəb gəldi). Sizin atalarınızın (özlərindən uydurub) verdiyi adlar (bütlər) barəsində mənimlə mübahisəmi edirsiniz? Halbuki Allah onlar (onlara ibadət edilməsi) barədə heç bir dəlil endirməmişdir. (Allahın əzabının gəlməsini) gözləyin. Doğrusu, mən sizinlə birlikdə gözləyənlərdənəm!”
Elmir Quliyev :
Он сказал: "Наказание и гнев вашего Господа уже поразили вас. Неужели вы станете пререкаться со мной относительно имен, которые придумали вы и ваши отцы? Аллах не ниспосылал о них никакого доказательства. Ждите, и я подожду вместе с вами".
Ələddin Sultanov:
Hud dedi: “Rəbbinizdən sizə əzab qəzəb vacib olmuşdur. Allahın heç bir dəlil nazil etmədiyi, sizin atalarınızın adlar verdiyi (bütlər) barəsində mənimlə mübahisəmi edirsiniz? Elə isə, (Allahın əzabını) gözləyin! Şübhəsiz, mən sizinlə birlikdə gözləyənlərdənəm”.
Kerbelayi Malik ağa:
(Hud ə.s) belə dedi: ‘Üzərinizə Rəbbinizdən əzab qəzəb gəlmişdir. Sizin atalarınızın adlandırdığı adlar (bütlər) haqqındamı mənimlə mübahisə edirsiniz? Allah ona bir dəlil endirmədi. Artıq gözləyin! Şübhəsiz ki, mən sizinlə birlikdə gözləyənlərdənəm.’
Ələsgər Musayev:
Dedi: «Əlbəttə, yetişdi Rəbbinizdən üzərinizə rics qəzəb. Ə, mənimlə mücadilə edirsiz o isimlər barəsində ki, siz atalarınız adlandırıbsız onları? Nazil etməyib Allah onun ilə sultanlıqdan. Siz gözləyin, mən sizinlə gözləyənlərdənəm!»
A.Mehdiyev və D.Cəfərli:
Dedi: «Şübhəsiz, artıq Rəbbiniz tərəfindən sizin üçün bir əzab qəzəb qərara alınmışdır. Özünüz atalarınızın (bütlərə) qoyduqlarınız Allahın, (haqq olması) barəsində heç bir dəlil-sübut nazil etmədiyi (tanrı, məbud ruzi verən kimi) adlar barəsində mənimlə mübahisə edir höcətləşirsiniz? Belə isə, (əzabı) gözləyin ki, mən mütləq sizinlə gözləyənlərdənəm».
Kövsər Tağıyev:
Hud: “Artıq sizə Rəbbinizdən bir əzab qəzəb enmişdir. Haqlarında Allahın heç bir dəlil endirmədiyi, yalnız sizin atalarınızın uydurduğu bir sıra isimlər (uydurma tanrılar) haqqındamı mənimlə mübahisə edirsiniz? Elə isə (başınıza gələcək olanı) gözləyin! Mən sizinlə birlikdə gözləyənlərdənəm!” dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Hud dedi: "Rəbbiniz tərəfindən üzərinizə bir əzab qəzəb düşmüşdür. Doğrudanmı haqqında Allahın heç bir dəlil nazil etmədiyi, özünüzün babalarınızın çəkdiyi adlar [bütlər] barəsində mənimlə mübahisəyə girəcəksiniz? Gözləyin, mən sizinlə birlikdə gözləyənlərdənəm.”
Sabirə Dünyamalıyeva:
Hud dedi ki: "Artıq sizə Rəbbinizdən bir əzab qəzəb nazil oldu. Allahın onlar haqqında heç bir dəlil nazil etmədiyi, sadəcə sizin əcdadınızın qoyduğu adlar barəsində mənimlə mübahisəmi edirsiniz? Elə isə gözləyin, şübhəsiz, mən sizinlə birlikdə sözləyənlərdənəm."