Əlixan Musayev:
O dedi: “Vay halıma! Mən bir qoca qarı, bu ərim də bir qoca kişi olduğu halda doğa bilərəmmi? Doğrusu, bu, təəccüblü bir şeydir”.
Bünyadov-Məmmədəliyev:
(İbrahimin arvadı) dedi: “Vay halıma! Mən qoca bir qarı, bu ərim də ixtiyar bir kişi olduğu halda, mən necə doğa bilərəm?! Bu çox təəccüblü bir şeydir!”
Elmir Quliyev
:
Она сказала: "Горе мне! Неужели я рожу? Ведь я — старуха, и мой муж — старик. Воистину, это — нечто удивительное!"
Ələddin Sultanov:
(Sara) dedi: “Vay halıma! Mən qoca bir qarı, bu ərim də yaşlı bir kişi ikən övladım ola bilərmi?! Həqiqətən, bu çox qəribədir!”
Kerbelayi Malik ağa:
‘Vay halıma, mən qoca (aciz) ikənmi doğacam? Bu ərim də qocadır. Şübhəsiz ki, bu, əlbəttə təəccüblü bir şeydir.’ dedi.
Ələsgər Musayev:
Dedi: «Vay olsun mənə! Ə, qoca arvad olduğum halda,
övladım ola bilərmi və bu ərim də şeyxdir? Həqiqətən, bu,
əcaib bir şeydir!»
A.Mehdiyev və D.Cəfərli:
Dedi: «Vay! Mən (doxsan yaşlı) qoca bir qarı və bu ərim də (yüz yaşlı) qoca bir kişi ola-ola doğacağam?! Doğrudan da bu, çox təəccüblü bir şeydir».
Kövsər Tağıyev:
Arvadı: “Vay halıma! Mən qoca bir qarı, bu ərim də bir ixtiyar ola-ola övlad doğacam? Həqiqətən, bu, təəccüblü bir şeydir”, – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
O dedi: "Vay halıma! Məgər mən belə qoca qarı ikən və bu ərim də belə qoca ikən mən uşaq doğaram?! Doğrudan da bu, təəccüblü bir işdir!"
Sabirə Dünyamalıyeva:
İbrahimin qadını dedi ki: "Vay! Mən doğacağam?! Mən, əri işə yaramayan bir zavallıyım, bəxtsiz, bədbəxt bir qadınam. Bu ərim də yaşlı bir adamdır! Şübhəsiz ki, bu, çox qəribə bir şeydir!"