Məryəm Surəsi 72. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sonra Biz müttəqiləri (oddan) xilas edəcək, zalımları isə orada diz üstə çökmüş halda tərk edəcəyik.
Bünyadov-Məmmədəliyev:
Sonra Biz Allahdan qorxub pis əməllərdən çəkinənlərə nicat verəcək, zalımları isə orada diz üstə çökmüş halda saxlayacağıq!
Elmir Quliyev :
Потом Мы спасем богобоязненных, а беззаконников оставим там стоять на коленях.
Ələddin Sultanov:
Sonra Biz müttəqiləri xilas edəcək, zalımları isə diz çökmüş vəziyyətdə orada saxlayacağıq.
Kerbelayi Malik ağa:
Sonra təqva sahiblərini qurtaracağıq zalımları diz üstə çökmüş olaraq buraxacağıq.
Ələsgər Musayev:
Sonra nicat verərik o kəslərə ki, qorxandırlar zalimləri orada diz üstə çökmüş halda tərk edərik.
A.Mehdiyev və D.Cəfərli:
Sonra (etiqad əməllərində) təqvalı olmuş kəsləri (ora düşməkdən ya daxil olduqdan sonra) qurtaracaq, zalımları isə (əzabın çoxluğundan) diz üstə düşdükləri halda orada boşlayacağıq.
Kövsər Tağıyev:
Sonra Allaha qarşı gəlməkdən çəkinənləri xilas edərik, zalımları isə orada diz üstə çökmüş halda buraxarıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Sonra Biz müttəqiləri [cəhənnəmdən] xilas edəcəyik. Haqsızlıq edənləri isə orada dizüstə saxlayacağıq.
Sabirə Dünyamalıyeva:
Sonra Biz, Allahın mühafizəsi altına daxil olan kəsləri xilas edərik. Şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyənləri cəhənnəmin xarici kənarında/yığışma sahəsində dizləri üstə çökmüş halda saxlayarıq.