Əlixan Musayev:
(Onlara:) “İçində əbədi qalacağınız Cəhənnəmin qapılarına girin!”– deyiləcək. Təkəbbürlülərin yeri necə də pisdir!
Bünyadov-Məmmədəliyev:
(Onlara) belə deyiləcək: “Girin Cəhənnəmin qapılarına (təbəqələrinə) orada əbədi qalmaq üçün!” (İman gətirməyə) təkəbbür göstərənlərin məskəni necə də pisdir!
Elmir Quliyev
:
Будет сказано: "Войдите во врата Геенны и пребудьте там вечно!" Как же скверна обитель возгордившихся!
Ələddin Sultanov:
Onlara: “İçində əbədi qalacağınız cəhənnəmin qapılarından girin!” - deyiləcək. Təkəbbürlənənlərin sığınacaq yeri necə də pisdir!
Kerbelayi Malik ağa:
(Onlara): ‘Orada əbədi qalmaq üzrə cəhənnəmin qapılarından girin!’ deyildi. Artıq təkəbbürlənənlərin qalacağı yer nə pisdir.
Ələsgər Musayev:
Dedilər: «Daxil olun qapılarından cəhənnəmin
həmişəlik orada qalaraq!» Təkəbbürlülərin yeri çox pisdir!
A.Mehdiyev və D.Cəfərli:
Onlara deyilər: «Cəhənnəmin qapılarından əbədi məskunlaşmaq üçün ona daxil olun!» Pis yerdir təkəbbürlülərin yeri!
Kövsər Tağıyev:
Onlara belə deyilər: “İçində əbədi qalmaq üzrə cəhənnəmin qapılarından girin. Təkəbbür göstərənlərin qalacağı yer nə pisdir!”
M.Qənioğlu və T.Bilaloğlu:
Onlara deyiləcək: "İçərisində əbədi qalacağınız cəhənnəmin qapılarından daxil olun!" Təkəbbürlülərin yeri necə də pisdir!
Sabirə Dünyamalıyeva:
Əbədi qalmaq üzrə girin cəhənnəmin qapılarından deyildi. -Təkəbbür göstərənlərin yeri necə də pisdir!-