Əlixan Musayev:
Namaz qılın, Ondan qorxun, məhz Onun hüzuruna toplanılacaqsınız”.
Bünyadov-Məmmədəliyev:
Həmçinin: “Namaz qılın, Allahdan qorxun, hüzuruna toplanacağınız məhz Odur!” (deyə buyurulmuşdur)”.
Elmir Quliyev
:
Совершайте намаз и бойтесь Его, ведь к Нему вы будете собраны".
Ələddin Sultanov:
Eyni zamanda: “Namaz qılın və Ondan qorxun! Siz Onun hüzuruna toplanacaqsınız!” - (deyə əmr edilmişdir)”.
Kerbelayi Malik ağa:
Namazı qılmaq (ilə də əmr olunduq). Ona qarşı təqva sahibi olun. Zatına həşr olunacağınız Odur.
Ələsgər Musayev:
və: “Ayağa qalxın islahata və Ondan qorxun. O – Odur ki, Ona tərəf toplanacaqsınız!”»
A.Mehdiyev və D.Cəfərli:
«Və (həmçinin bizə əmr olunmuşdur ki,) namaz qılın və Ondan qorxun! (Qiyamət günü) Ona tərəf toplanılacaqsınız.»
Kövsər Tağıyev:
Bir də bizə: “Namazı düzgün qılın və Allaha qarşı gəlməkdən çəkinin”, – deyə əmr olundu. O, hüzurunda toplanacağınız Allahdır.
M.Qənioğlu və T.Bilaloğlu:
Həm də buyrulmuşdur: "Namaz qılın, Ondan qorxun, məhz Onun hüzuruna toplanılacaqsınız!"
Sabirə Dünyamalıyeva:
Və biz aləmlərin Rəbbi üçün müsəlman olmamızla Və səlat [maddi və zehni baxımdan dəstək olmaq; cəmiyyəti maarifləndirmə qurumlarını təşkil etmək və yaşatmaq] və Onun mühafizəsi altına daxil olmaq əmr olundu. Və hüzurunda toplanacağımız məhz Odur."