Əraf Surəsi 72. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz onu onunla birlikdə olanla-rı Öz mərhəmətimizlə xilas etdik. Ayələrimizi yalan hesab edənlərin isə kökünü kəsdik. Onlar iman gətirən deyildilər.
Bünyadov-Məmmədəliyev:
Beləliklə, onu (Hudu) onunla birlikdə olanları (iman gətirənləri) Öz mərhəmətimizlə (əzabdan) xilas etdik. Ayələrimizi yalan hesab edib iman gətirməyənlərin isə kökünü kəsdik.
Elmir Quliyev :
Мы спасли его и тех, кто был с ним, по Своей милости и искоренили тех, которые сочли ложью Наши знамения и не стали верующими.
Ələddin Sultanov:
Biz onu onunla birlikdə olanları mərhəmətimizlə xilas etdik. Ayələrimizi yalanlayıb iman gətirməyənlərin isə kökünü kəsdik.
Kerbelayi Malik ağa:
Bundan sonra Onu Onunla birlikdə olanları dərgahımızdan bir rəhmət ilə qurtardıq. Ayələrimizi yalanlayan mömin olmayan kəslərin kökünü kəsdik.
Ələsgər Musayev:
Biz nicat verdik ona o kəslərə ki, onunla idilər, Öz rəhmətimizdən qətt etdik dibinə kimi o kəsləri ki, yalan saydılar ayətlərimizlə Bizi olmadılar inananlar!
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, ona onunla birgə olanlara Öz rəhmətimizlə nicat verdik Bizim ayələrimizi təkzib edən mömin olmayanların kökünü nəslini kəsdik.
Kövsər Tağıyev:
Belə olduqda biz onu onunla birlikdə olanları rəhmətimizlə xilas etdik. Ayələrimizi təkzib edən iman etməyənlərin isə kökünü kəsdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz onu [Hudu] onunla olanları Öz mərhəmətimizlə xilas etdik. Ayələrimizi yalan hesab edənlərin kökünü kəsdik. Onlar iman gətirən deyildilər.
Sabirə Dünyamalıyeva:
Beləliklə, Hudu onunla birlikdə olan kəsləri Öz mərhəmətimizlə xilas etdik ayələrimizi inkar edənlərin iman etməyənləin kökünü kəsdik.