Nəhl Surəsi 73. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Müşriklər) Allahı qoyub onlara göylərdə yerdə olan ruzidən heç bir şey verməyən buna gücləri çatmayan (bütlərə) ibadət edirlər.
Bünyadov-Məmmədəliyev:
(Müşriklər) Allahı qoyub göylərdən yerdən onlara verəcək heç bir ruzisi olmayan buna gücləri çatmayanlara (bütlərə) ibadət edirlər.
Elmir Quliyev :
Они поклоняются помимо Аллаха тому, что не имеет и не может иметь для них удел на небесах и на земле.
Ələddin Sultanov:
Onlar (müşriklər) Allahı qoyub göylərdən yerdən onlara heç bir ruzi verə bilməyən buna əsla gücləri çatmayanlara (bütlərə) ibadət edirlər?
Kerbelayi Malik ağa:
Onlar (müşriklər) səmalardan yer üzündən onlara ruzi olaraq bir şey verməyə malik olmayan, Allahdan başqa şeylərə (bütlərə) tapınırlar (o bütlər ki, heç bir şeyə) qadir deyillər.
Ələsgər Musayev:
Allahdan başqalarına ibadət edirlər ki, malik deyillər bir şeylə səmadan ərzdən onlar üçün ruzi verməyə. Onlar heç bir şey bacarmazlar da.
A.Mehdiyev və D.Cəfərli:
Allahın yerinə onlar üçün göylərdən yerdən heç bir ruziyə sahib olmayan heç bir qüdrətləri olmayan şeylərə ibadət edirlər.
Kövsər Tağıyev:
Allahı qoyub özlərinə göylərdən yerdən heç bir ruzi verməyən buna gücü çatmayan şeylərə tapınırlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar Allahı qoyub göylərdən, yerdən özlərinə heç bir ruzi verməyən buna gücü çatmayan (bütlərə) ibadət edirlər.
Sabirə Dünyamalıyeva:
onlar, Allahın altındakılardan, göylərdən yer üzündən özlərinə ruzi üçün heç bir şeyə malik olmayan gücü çatmayan şeylərə ibadət edirlər.