Əlixan Musayev:
Biz Öz hökmümüzlə onları doğru yolu göstərən rəhbərlər etdik. Onlara xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər.
Bünyadov-Məmmədəliyev:
Biz onları əmrimizlə (insanları) doğru yola gətirən imamlar (rəhbərlər) etdik. Biz onları xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər.
Elmir Quliyev
:
Мы сделали их вождями, которые по Нашему велению указывали на прямой путь. Мы внушили им вершить добрые дела, совершать намаз и выплачивать закят, и они поклонялись Нам.
Ələddin Sultanov:
Biz onları əmrimizlə (insanlara) doğru yolu göstərən öndərlər etdik və onlara xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar Bizə ibadət edən kimsələr idilər.
Kerbelayi Malik ağa:
Onları əmrimizlə hidayətə ərdirən imamlar təyin etdik. Onlara xeyirlər işləməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar Bizə qul oldular.
Ələsgər Musayev:
Etdik onları Bizim əmrimizlə hidayət edən imamlar və
vəhy etdik üzərinə onların ki, fəaliyyət etsinlər xeyratı və ayağa
qalxaraq islahatı və əta edərək zəkatı. Oldular Bizim üçün
ibadət edənlər.
A.Mehdiyev və D.Cəfərli:
Onları (yaşadıqları cəmiyyəti) Bizim əmrimizlə doğru yola yönəldən rəhbərlər etdik və onlara xeyir işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər.
Kövsər Tağıyev:
Onları bizim əmrimizlə doğru yolu göstərən imamlar etdik və onlara xeyirli işlər görməyi, namazı etina ilə qılmağı və zəkat verməyi əmr etdik. Onlar yalnız bizə ibadət edən kimsələr idi.
M.Qənioğlu və T.Bilaloğlu:
və onları əmrimizlə düz yol göstərən başçılar etdik. Onlara xeyir işlər görməyi, namaz qılmağı, zəkat verməyi vəhy etdik və onlar Bizə ibadət edən oldular.
Sabirə Dünyamalıyeva:
Və Biz onları, Bizim əmrimizlə bələdçilik edən rəhbərlər etdik. Və Biz onlara xeyirli işlər görməyi, səlat etməyi [maddi və zehni baxımdan dəstək olmağı; cəmiyyəti maarifləndirmə qurumlarını qurmağı və yaşatmağı], zəkatı/vergini verməyi vəhy etdik. Və onlar, yalnız Bizə ibadət edənlər idilər.