Nəml Surəsi 73. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Həqiqətən, sənin Rəbbin insanlara qarşı lütfkardır, lakin onların əksəriyyəti naşükürdürlər.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Həqiqətən, sənin Rəbbin insanlara mərhəmətlidir, lakin onların əksəriyyəti (Allahın bu mərhəmətinə) şükür etməz.
Elmir Quliyev :
Воистину, твой Господь оказывает милость людям, но большинство их неблагодарны.
Ələddin Sultanov:
Şübhəsiz ki, sənin Rəbbin insanlara qarşı lütfkardır. Lakin onların çoxu şükür etməz.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, sənin Rəbbin insanlara qarşı fəzl (lütf) sahibidir. Lakin onların çoxu şükür etmirlər.
Ələsgər Musayev:
Həqiqətən, Rəbbin insanlar üzərində fəzl sahibidir, lakin əksəriyyəti onların şükr etməzlər!
A.Mehdiyev və D.Cəfərli:
(Ya Peyğəmbər!) Həqiqətən, sənin Rəbbin insanlara qarşı (böyük) fəzl kərəm sahibidir. Lakin onların əksəriyyəti şükr etmir.
Kövsər Tağıyev:
Həqiqətən, sənin Rəbbin insanlara qarşı lütfkardır. Ancaq onların çoxu şükür etməzlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən, sənin Rəbbin insanlar üçün lütf sahibidir. Lakin onların çoxu şükr etmir.
Sabirə Dünyamalıyeva:
heç şübhəsiz, sənin Rəbbin, insanlara qarşı böyük kərəm sahibidir, lakin onların əksəriyyəti sahib olduqlarının əvəzini vermirlər.