Əlixan Musayev:
Yalnız sizin dininizin ardınca gələnlərə inanın ki, kiməsə sizə verilənin bənzəri verilməsin, yaxud (müsəlmanlar) Rəbbinizin yanında sizə dəlil gətirməsinlər”. De: “Şübhəsiz ki, doğru yol Allahın haqq yoludur!” De: “Şübhəsiz ki, lütf Allahın Əlindədir və onu istədiyinə verir! Allah (hər şeyi) Əhatəedəndir, Biləndir”.
Bünyadov-Məmmədəliyev:
Sizin dininizə tabe olanlardan başqa heç kəsə inanmayın!” (Ya Rəsulum! Onlara) söylə: “Əlbəttə, doğru yol, Allahın yoludur”. (Yəhudilər öz adamlarına dedilər: ) “Sizə verilən şeyin (Tövratın və bəzi digər nemətlərin) bənzərinin başqa birisinə (müsəlmanlara) veriləcəyinə, yaxud Rəbbiniz yanında onların sizinlə mübahisə edəcəyinə (inanmayın)!” (Ya Rəsulum!) De: “Həqiqətən, nemət Allahın əlindədir və onu istədiyi şəxsə bəxş edər. Allah (rəhməti ilə) genişdir. (O, hər şeyi) biləndir!”
Elmir Quliyev
:
Верьте только тем, кто последовал вашей религии, дабы никто не получил то, что получили вы, и не препирался с вами перед вашим Господом". Скажи: "Воистину, верным руководством является руководство Аллаха". Скажи: "Воистину, милость находится в Руке Аллаха. Он дарует ее, кому пожелает. Воистину, Аллах — Объемлющий, Знающий".
Ələddin Sultanov:
Və sizin dininizə tabe olanlardan başqa heç kəsə inanmayın!”(- dedilər). (Ey peyğəmbər!) De ki: “Əlbəttə, doğru yol Allahın yoludur”. (Yəhudilər yenə öz aralarında belə dedilər:) “Sizə verilənin (Tövratın) bənzərinin başqa birisinə (müsəlmanlara) veriləcəyinə, yaxud Rəbbiniz nəzdində sizinlə mübahisə edəcəklərinə (inanmayın)!” De: “Həqiqətən, lütf Allahın əlindədir. Onu, dilədiyi şəxsə bəxş edər. Allah (lütfü ilə) genişdir, (hər şeyi) biləndir”.
Kerbelayi Malik ağa:
(Əhli Kitab): ‘Sizin dininizə tabe olandan başqasına inanmayın.’ (dedilər). (Həbibim onlara) De ki: ‘Şübhəsiz ki, hidayət Allahın hidayətidir.(Allaha təslim olmaqdır). Sizə verilənin bir bənzərinin bir başqasına verilməsidir.’ Yoxsa onlar Rəbbinizin hüzurunda sizinlə mübahisəmi edirlər? (Onlara) De ki: ‘Şübhəsiz ki, fəzl Allahın əlindədir. Onu dilədiyinə verər.’ Allah Qəyyumdur (elmi genişdir, hər şeyi əhatə edər), Alimdir.
Ələsgər Musayev:
Və inanmayın
sizin dininizə tabe olandan başqa bir kəsə!» De: «Həqiqətən,
hidayət - hidayətidir Allahın ki, əta olunur bir kəsə onun misli,
nə ki, əta olunub sizə». Yoxsa höccət edəcəklər sizinlə
Rəbbinizin yanında? De: «Həqiqətən, fəzl Allahın əli ilədir və
əta edər onu kim istəsə!» Və Allah Vəsidir, Alimdir!
A.Mehdiyev və D.Cəfərli:
(H?mcinin dedil?r): «V? sizin dininiz? tabe olandan basqas?na inanmay?n (h?qiq?ti ac?b dem?yin) - de: «?lb?tt? hiday?t, Allah?n hiday?tidir» - ki, m?bad? siz? veril?n(in) kim?s? veril(m?)sin(in mumkunluyu m?lum olsun) v? yaxud onlar R?bbinizin yan?nda sizinl? mubahis? etsinl?r (ed? bilsinl?r. Bir sozl?, mus?lmanlar?n da sizin kimi qibl?, din v? haqq olan kitaba malik olmalar?n? v? Qiyam?td? sizinl? mubahis? ed?c?kl?rini etiraf etm?yin).» De: «F?zil?t v? r?hm?t Allah?n ?lind?dir, onu ist?diyin? verir (v? sizin hiyl?l?riniz Allah?n hiday?t etdiyi s?xsin iman?na mane ola bilm?z). Allah (zat v? sif?t bax?m?ndan) genis v? (h?r seyi) bil?ndir.»
Kövsər Tağıyev:
“Sizin dininizə tabe olandan başqasına inanmayın”, (– dedilər). De ki: “Şübhəsiz, əsl hidayət Allahın hidayətidir. Sizə verilənin bənzərinin başqa birinə verilməsindən və ya Rəbbinizin hüzurunda əleyhinizə dəlillər gətirəcəklərindən ötrümü (belə deyirsiniz)?” De ki: “Lütf Allahın əlindədir. Onu istədiyinə verər. Allah lütfü geniş olandır, haqqı ilə biləndir”.
M.Qənioğlu və T.Bilaloğlu:
Sizin dininizin ardınca gedənlərdən başqa heç kimə inanmayın." De: "Düz yol Allahın yoludur! Yoxsa sizə verilənə bənzərinin onlardan [müsəlmanlardan] bir kəsə də veriləcəyindən və ya Rəbbinizin dərgahında onların sizinlə mübahisədə dəlil gətirəcəklərindən (ehtiyat edərək) (inanmaq istəmirsiniz?") De: "Şübhəsiz lütf Allahın əlindədir, onu istədiyi kəsə verir. Allah genişürəklidir, hər şeyi biləndir!"
Sabirə Dünyamalıyeva:
Və sizə verilənin bir bənzərinin bir kimsəyə verilmiş olduğuna, yaxud Rəbbiniz yanında sizin əleyhinizə dəlillər gətirəcəkləri barəsində öz dininizə uyanlardan başqasına inanmayın." De ki: "Şübhəsiz, bələdçilik, Allahın bələdçiliyidir." De ki: "Şübhəsiz ki, lütf Allahın əlindədir, onu istədiyinə verər.