Əlixan Musayev:
(Bu əmanət insana ona görə verildi) ki, Allah münafiq kişiləri və münafiq qadınları, müşrik kişiləri və müşrik qadınları cəzalandırsın, mömin kişilərin və mömin qadınların tövbələrini qəbul etsin. Allah Bağışlayandır, Rəhmlidir.
Bünyadov-Məmmədəliyev:
Allah münafiq kişiləri və qadınları, müşrik kişiləri və qadınları əzaba uğratsın, mömin kişilərin və qadınların da tövbələrini qəbul buyursun deyə (əmanəti öz razılığı ilə Adəm övladına tapşırdı). Allah (möminləri) bağışlayandır, rəhm edəndir!
Elmir Quliyev
:
Это произошло для того, чтобы Аллах наказал лицемеров и лицемерок, многобожников и многобожниц и принял покаяния верующих мужчин и верующих женщин. Аллах — Прощающий, Милосердный.
Ələddin Sultanov:
Allah (bu əmanəti ona görə insana yüklədi ki,) münafiq kişilərə, münafiq qadınlara, müşrik kişilərə və müşrik qadınlara əzab versin, mömin kişilərin və mömin qadınların tövbəsini də qəbul etsin. Allah bağışlayandır, rəhmlidir.
Kerbelayi Malik ağa:
(Bu), Allahın münafiq kişiləri və münafiq qadınları, müşrik kişiləri və müşrik qadınları əzablandırması və mömin kişilərin və mömin qadınların tövbələrini qəbul etməsi üçündür. Allah Ğafurdur, Rəhimdir.
Ələsgər Musayev:
Ondan ötrü ki, Allah əzab etsin münafiq
kişiləri və münafiqə qadınları, müşrik kişiləri və müşrikə
qadınları və qayıtsın Allah üzərinə inanan kişilərin və inanan
qadınların. Oldu Allah Ğəfur, Rəhim!
A.Mehdiyev və D.Cəfərli:
(Əmanət insana təqdim olundu) ki, nəticədə Allah münafiq kişilərə və münafiq qadınlara, müşrik kişilərə və müşrik qadınlara (əmanətin təqdim olunmasının əsl məqsədlərindən azdıqlarına görə) əzab versin. Həmçinin Allah (əmanətin təqdim olunmasının və xilqətin əsl məqsədinə müvafiq hərəkət edən) mömin kişilərə və möminə qadınlara nəzər yetirsin və onların tövbələrini qəbul etsin. Allah həmişə bağışlayan və rəhm edəndir.
Kövsər Tağıyev:
Allah münafiq kişilərə və münafiq qadınlara, Allaha şərik qoşan kişilərə və Allaha şərik qoşan qadınlara əzab etmək, mömin kişilərin və mömin qadınların da tövbələrini qəbul etmək üçün əmanəti insana yükləmişdir. Allah çox bağışlayandır, çox mərhəmət edəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
(Bunlar ona görədir ki,) Allah münafiq kişi və qadınlara, (Allaha) şərik qoşan kişi və qadınlara əzab versin, Allah mömin kişi və qadınlann tövbəsini qəbul etsin. Allah bağışlayandır, rəhmlidir.
Sabirə Dünyamalıyeva:
De ki: "Onun xəbəri Allahın münafiq kişilərə, münafiq qadınlara, şərik qoşan kişilərə, şərik qoşan qadınlara əzab verməsi; Allahın mömin kişilərin və mömin qadınların tövbələrini qəbul etməsi üçün ancaq Allahın yanındadır. Və Allah çox bağışlayandır, çox rəhm edəndir.