Nisa Surəsi 73. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər Allahdan sizə bir lütf yetişərsə, onda guya sizinlə onun arasında heç vaxt bağlılıq olmamış kimi: “Kaş mən onlarla birlikdə olub böyük bir uğur qazanaydım!”– deyər.
Bünyadov-Məmmədəliyev:
Əgər Allah tərəfindən sizə bir nemət (qabiliyyət) yetişərsə, o zaman guya aranızda heç bir dostluq yoxmuş kimi: “Kaş ki, mən onlarla birlikdə olub böyük bir qənimət əldə edəydim!” (söyləyərlər).
Elmir Quliyev :
Если же вас постигнет милость от Аллаха, то он непременно скажет, словно между ним и вами никогда не было никакой дружбы: "Вот если бы я был вместе с ними и добился великого успеха!"
Ələddin Sultanov:
Əgər Allahdan sizə bir lütf (zəfər) yetişərsə, sanki sizinlə onun arasında heç bir yaxınlıq yoxmuş kimi belə deyər: “Kaş mən onlarla birlikdə olub böyük bir uğur qazanaydım!”
Kerbelayi Malik ağa:
Əgər həqiqətən Allahdan sizə bir fəzl (zəfər) gələrsə, sanki sizinlə onun arasında bir tanışlıq olmamış kimi mütləq: ‘Kaş ki, mən onlarla birlikdə olsaydım, beləcə böyük bir fevz (uğur, qənimət) qazansaydım.’ deyər.
Ələsgər Musayev:
əgər isbat edə sizə fəzl Allahdan,deyər sizin onun arasında məhəbbət yoxmuş kimi: «Ay kaş, mən olsaydım onlarla uğur qazanaydım uğur əzəmətli».
A.Mehdiyev və D.Cəfərli:
əgər sizə Allah tərəfindən (qələbə qənimət kimi) bir lütf mərhəmət gəlsə, o, sizinlə onun arasında əsla bir dostluq məhəbbət olmamış (və sizinlə birgə döyüşdə iştirak edə bilməzmiş) kimi deyər: «Kaş mən onlarla birgə olub böyük bir feyzə nail olaydım!»
Kövsər Tağıyev:
Əgər Allahdan sizə bir lütf (zəfər) nəsib olarsa, bu dəfə sizinlə öz arasında heç tanışlıq yox imiş kimi belə deyər: “Kaş ki, mən onlarla birlikdə olaydım ki, böyük bir uğur (qənimət) əldə edəydim”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar, əgər Allahdan sizə bir nemət [qələbə, qənimət] gələrsə, sanki o zaman aranızda guya heç bir münasibət olmamış kimi deyərlər “Ah, kaş mən onlarla olub, böyük bir uğur qazanaydım!”
Sabirə Dünyamalıyeva:
əgər sizə Allahdan bir nemət yetişsə, həqiqətən, sanki sizinlə özü arasında heç məhəbbət yox imiş kimi: "Ah, olardı, onlarla birlikdə olaydım çox böyük bir müvəffəqiyyət əldə edəydim!" deyəcək.