Maidə Surəsi 73. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
“Şübhəsiz ki, Allah üçlüyün üçüncüsüdür!”– deyənlər artıq kafir oldular. Halbuki Bir olan İlahdan başqa heç bir ilah yoxdur. Əgər onlar dediklərinə son qoymasalar, onlardan kafir olanlara mütləq üzücü bir əzab toxunacaqdır.
Bünyadov-Məmmədəliyev:
“Allah üçün (üç ilahinin) üçüncüsüdür!” deyənlər, əlbəttə, kafir olmuşlar. Halbuki bir olan Allahdan başqa heç bir tanrı yoxdur. Əgər onlar dediklərinə son qoymasalar, onlardan kafir olanlara, şübhəsiz ki, şiddətli bir əzab üz verəcəkdir (toxunacaqdır).
Elmir Quliyev :
Не уверовали те, которые говорят: "Аллах является третьим в троице". Нет божества, кроме Единственного Бога! Если они не отрекутся от того, что говорят, то неверующих из их числа коснутся мучительные страдания.
Ələddin Sultanov:
“Allah üçün üçüncüsüdür!” - deyənlər həqiqətən, kafir olmuşlar. Halbuki, tək bir ilahdan başqa heç bir ilah yoxdur! Əgər onlar bu dediklərinə son qoymazlarsa, içlərindən kafir olanlara, həqiqətən, şiddətli bir əzab toxunacaqdır.
Kerbelayi Malik ağa:
And olsun ki, ‘Allah üçlüyün üçüncüsüdür (üç ilahdan biridir).’ deyənlər kafir olmuşlar. Tək bir ilahdan başqa bir ilah yoxdur. Əgər bu söylədikləri sözlərdən vaz keçməzlərsə, onlardan (bu sözlərində israr edib) kafir olanlara mütləq ‘əlim əzab’ toxunacaq.
Ələsgər Musayev:
Əlbəttə, kafir oldular o kəslər ki, dedilər: «Həqiqətən, Allah üçüncüdür üçlükdən!» Vahid Allahdan başqa İlahi yoxdur. Əgər bu sözlərdən əl çəkməyələr, onların kafirlərinə ələmli əzab toxunacaqdır!
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, «Allah üç ilahi ünsürdən (ata, oğul Ruhul-Qudusdan) biridir» deyənlər kafir oldular, halbuki tək olan Allahdan başqa heç bir tanrı yoxdur. Əgər dediklərindən çəkinməsələr, şübhəsiz onlardan (bu etiqadla) kafir olanlara ağrılı bir əzab yetişəcəkdir.
Kövsər Tağıyev:
And olsun, “Allah üçün üçüncüsüdür” deyənlər kafir oldu. Halbuki tək bir ilahdan başqa heç bir ilah yoxdur. Əgər dediklərinə son qoymasalar, and olsun, onlardan inkar edənlərə, əlbəttə, ağrılı-acılı bir əzab toxunacaq.
M.Qənioğlu və T.Bilaloğlu:
“Allah üçlüyün [üç tanrının] üçüncüsüdür.“ - deyənlər küfr etdilər. Halbuki vahid tanrıdan başqa heç bir tanrı yoxdur. Əgər onlar belə söz-söhbətlərinə son qoymasalar, onların kafirlərinə üzücü bir əzab dəyəcəkdir.
Sabirə Dünyamalıyeva:
And olsun ki, "Allah üçün üçüncüsüdür" deyən kəslər həqiqətən kafir [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edən kəs] olmuşdur. Halbuki tək məbuddan başqa məbud yoxdur. Əgər söylədiklərindən əl çəkməsələr, şübhəsiz ki, onlardan kafir olanlara [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edənlərə] ağrılı-acılı bir əzab üz verəcəkdir.