Əlixan Musayev:
Göyləri və yeri haqq olaraq xəlq edən Odur. O: “Ol!”– dediyi gün (hər şey) olar. Onun Sözü haqdır. Sur üfürüləcəyi gün hökm (yalnız) Ona məxsus olacaqdır. Qeybi və aşkarı Bilən də Odur. O, Müdrikdir, (hər şeydən) Xəbərdardır.
Bünyadov-Məmmədəliyev:
Göyləri və yeri haqq olaraq yaradan Odur. Onun: “Ol!” deyəcəyi gün (hər şey) dərhal olar. Onun sözü haqdır. Surun (İsrafilin surunun) çalınacağı gün hökm Onundur. Qeybi və aşkarı bilən də Odur. O, hikmət sahibidir, (hər şeydən) xəbərdardır!
Elmir Quliyev
:
Он — Тот, Кто сотворил небеса и землю ради истины. В тот день Он скажет: "Будь!" — и это сбудется. Его Слово есть истина. Ему одному будет принадлежать власть в тот день, когда подуют в Рог. Он знает сокровенное и явное, и Он — Мудрый, Ведающий.
Ələddin Sultanov:
Göyləri və yeri haqq olaraq yaradan da Odur. O gün (axirət günü): “Ol!” - deyəcək və (hər şey) dərhal olacaq. Onun sözü haqdır. Surun çalınacağı gün hökmranlıq Onundur. Qeybi və aşkarı biləndir. O, hikmət sahibidir, hər şeydən xəbərdardır. (“Sur” mahiyyətini bilmədiyimiz bir şeydir. Suru İsrafil adlı mələk iki dəfə çalacaqdır. Belə ki ,birincisində qiyamət qopacaq və hər şey yox olacaq, ikincisində isə insanlar təkrar diriləcək və haqq-hesab üçün Allahın hüzuruna toplanacaqlar.)
Kerbelayi Malik ağa:
Səmaları və yer üzünü haqq ilə yaradan Odur. ‘Ol!’ dediyi gün (hər şey) olar. Onun sözü haqdır, mülk Onundur. O gün sura üfürülər (sura üfürüldüyü gün hökmranlıq Onundur). Bilinəni (görünəni) və bilinməyəni (qeybi) bilən Odur. O, hökm sahibidir, xəbərdar olandır.
Ələsgər Musayev:
O - Odur ki, xəlq etdi səmaları və ərzi haqq ilə. O gün ki, deyər: «Ol!» - və olar. Onun sözü haqdır. Onun üçündür mülk sur çalınan gün. Alimdir qeybə və şəhadətə. O Həkimdir, Xəbirdir!
A.Mehdiyev və D.Cəfərli:
Göyləri və yeri haqq olaraq (ali və ağılın qəbul etdiyi bir məqsəd üçün) yaradan Odur. «Ol» deyəcəyi gün (və varlıq aləminin bir hissəsini və ya hamısını yaxud onun yox olmasını, yaxud da Qiyamətin bərpa olmasını istəsə) dərhal olar. Onun sözü haqdır! Sur çalınacağı gün (hər bir şeyin mütləq) malikiyyət və hakimiyyəti Ona məxsusdur. (O) gizlini və aşkarı biləndir və Odur hikmətli və xəbərdar!
Kövsər Tağıyev:
O, göyləri və yeri haqq və hikmətlə yaradandır. Xatırla o günü ki, Allah “ol” deyər, hər şey dərhal olar. Onun sözü haqdır. Sura üfürüldüyü gün də mülk (hökmranlıq) Onundur. Qeybi də, şəhadət aləmini də biləndir. O, hökm və hikmət sahibidir, (hər şeydən) haqqı ilə xəbərdardır.
M.Qənioğlu və T.Bilaloğlu:
Göyləri və yeri haqq olaraq xəlq edən Odur. O günü deyər: "Ol !", dərhal o da olar. Onun sözü haqdır. Sur səsləndirilən günü hökm Ona məxsusdur. Gizli və aşkarın bilicisi Odur. O, hikmət sahibidir, hər şeyi biləndir.
Sabirə Dünyamalıyeva:
Və O, göyləri və yeri haqq olaraq əmələ gətirəndir. Və O, "Ol!" dediyi gün, dərhal olar. Onun sözü haqdır. Sur üfürüldüyü gün də mülk ancaq Onundur. O, gizlini və aşkarı biləndir. O, ən yaxşı qanun qoyandır, pozulmağın qarşısını yaxşı alan/möhkəm edəndir, hər şeyin iç üzünü/gizli tərəflərini də yaxşı biləndir.