Əlixan Musayev:
Kafirlər də bir-birinə dost-durlar. Əgər siz bunu etməsəniz (bir-birinizə yardımçı olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər.
Bünyadov-Məmmədəliyev:
Kafirlər də bir-birinin dostlarıdır (köməkçiləridir). Əgər siz bunları (yuxarıda sizə buyurulanları) etməsəniz, yer üzündə böyük bir fitnə-fəsad olar (islam zəifləyər, küfr isə artıb qüvvətlənər).
Elmir Quliyev
:
Неверующие являются помощниками и друзьями друг другу. И если вы не будете поступать так (если верующие не будут помощниками и друзьями друг другу), то на земле возникнут смута и великое беззаконие.
Ələddin Sultanov:
Kafirlər də bir-birlərinin dostlarıdır. Siz onu (Allahın əmrlərini) yerinə yetirməsəniz, yer üzündə böyük bir fitnə-fəsad olar.
Kerbelayi Malik ağa:
Kafir olan kəslər bir-birinin dostlarıdır. Onu etməsəniz (siz də bir-birinizlə dost olmasanız), yer üzündə fitnə və böyük fəsad olar.
Ələsgər Musayev:
O kəslər ki, kafirdirlər, bəzisi onların bəzisinin dostudur. Ancaq siz onu etməsəniz, ərzdə sınaq və böyük fəsad olar.
A.Mehdiyev və D.Cəfərli:
Kafirlər də bir-birlərinin müttəfiq və dostudurlar. Əgər bunu (möminlərlə birlik və kafirlərdən uzaqlaşmaq barəsindəki bu əmri) yerinə yetirməsəniz, yer üzündə fitnə və böyük bir fəsad baş verəcəkdir.
Kövsər Tağıyev:
İnkar edənlər də bir-birilərinin dostudur. Əgər siz bunları etməsəniz, yer üzündə bir fitnə və böyük bir fəsad olar.
M.Qənioğlu və T.Bilaloğlu:
Kafirlər də bir-birlərinə dostdurlar. Əgər siz bunu etməsəniz yer üzündə böyük fitnə-fəsad olar.
Sabirə Dünyamalıyeva:
Kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər] də bir-birlərinin köməkçi, yol göstərən, himayəçi yaxınlarıdır. Əgər siz də onu etməsəniz; möminlər olaraq bir-birinizin qəyyumu [köməkçi, yol göstərən, himayəçi yaxını] olmasanız, yer üzündə böyük bir fitnə və insanları dindən döndərmə işi meydana gələr.