Əlixan Musayev:
Biz onlardan əvvəl var-dövlət və zahiri görünüşcə onlardan daha üstün olan neçə-neçə nəsilləri məhv etdik.
Bünyadov-Məmmədəliyev:
Halbuki Biz onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik ki, onlar mal-dövlət və simaca (bu kafirlərdən) daha üstün (daha gözəl) idilər.
Elmir Quliyev
:
Сколько же поколений до них Мы погубили! Они превосходили их богатством (или утварью) и внешностью.
Ələddin Sultanov:
Halbuki onlardan əvvəl mal-mülk və görünüş baxımından daha üstün olan neçə-neçə nəsilləri məhv etdik.
Kerbelayi Malik ağa:
Onlardan öncə mal-dövlət və görünüş baxımından daha gözəl neçə-neçə nəsillər həlak etdik.
Ələsgər Musayev:
Nə qədər həlak etdik onlardan qabaq
qərinələrdən ki, onlar yaxşı idilər əsasda və görkəmdə onlar!
A.Mehdiyev və D.Cəfərli:
Biz onlardan qabaqkı dövrlərin var-dövlət və (yaşayış) ləvazımat(ı), təmtəraq və mənzərələrin gözəlliyi baxımından bunlardan daha yaxşı olan neçə-neçə nəsillərini məhv etdik.
Kövsər Tağıyev:
Biz onlardan əvvəl mal-mülk və görünüş baxımından daha gözəl olan neçə-neçə nəsilləri həlak etdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz onlardan əvvəl neçə-neçə nəsil məhv etmişik. Onlar vəziyyətcə də, görkəmcə də daha üstün idilər.
Sabirə Dünyamalıyeva:
Halbuki Biz onlardan əvvəl, mal və təmtəraq baxımından daha gözəl neçə-neçə nəsilləri/neçə-neçə əsrlərin camaatını dəyişikliyə/məhvə məruz qoymuşduq.