Bəqərə Surəsi 74. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sonra bunun ardınca sizin qəlbləriniz sərtləşib daş kimi, hətta ondan da sərt oldu. Həqiqətən, daşlardan eləsi var ki, içərisindən çaylar qaynayıb çıxar. Onlardan eləsi var ki, yarılar, içərisindən su çıxar. Eləsi var ki, Allahın qorxusundan (yuvarlanıb yerə) düşər. Allah sizin etdiklərinizdən xəbərsiz deyildir.
Bünyadov-Məmmədəliyev:
Bundan (bu əhvalatdan) sonra qəlbləriniz yenə sərtləşərək daş kimi, bəlkə, daha da qatı oldu. Həqiqətən, bəzi daşların içərisindən nəhrlər axar, bəzisi yarılıb içindən su fışqırar bəzisi Allahın qorxusundan (uca yerlərdən, dağdan) yuvarlanıb düşər. Allah sizin etdiklərinizdən, əlbəttə, qafil deyildir!
Elmir Quliyev :
После этого ваши сердца ожесточились и стали, как камни, или даже еще жестче. Воистину, среди камней есть такие, из которых бьют родники. Среди них есть такие, которые раскалываются и изливают воду. Среди них есть такие, которые падают от страха перед Аллахом. Аллах не находится в неведении о том, что вы совершаете.
Ələddin Sultanov:
Bundan sonra qəlbləriniz daş kimi qatılaşdı, hətta daha da sərt oldu. Həqiqətən, bəzi daşların içərisindən çaylar axar, bəzisi yarılıb içindən su fışqırar, bəzisi Allah qorxusundan yuvarlanıb düşər. Allah etdiklərinizdən qafil deyildir.
Kerbelayi Malik ağa:
Sonra bunun (bu möcüzənin) ardından qəlbləriniz (yenə) sərtləşdi, belə ki, daş kimi hətta daha da bərk oldu. Həqiqətən, daşlardan elələri vardır ki, ondan çaylar fışqırar. Həqiqətən, onlardan (daşlardan) elələri vardır ki, yarılar, beləcə içindən su çıxar. Onlardan elələri vardır ki, Allaha qarşı duyduğu huşudan yuvarlanıb aşağı düşər. Allah etdiklərinizdən qafil deyil.
Ələsgər Musayev:
Sonra sərtləşdi qəlbləriniz bundan sonra o, daş kimidir, ya şiddətlidir sərtliyiHəqiqətəndaşlardan var ki, cari olur ondan nəhrlər həqiqətənondan var ki, şaqqalanır xaric olur ondan su həqiqətənondan var düşür çəkinməsindən Allahın. deyil Allah qafillə nədən ki, əməl edirsiniz!
A.Mehdiyev və D.Cəfərli:
Sonra, onun (möcüzələrin) ardınca sizin qəlbləriniz sərtləşdi, daş parçaları kimi ya ondan da bərk oldu. Çünki (Musanın daşı bulaqların daşları kimi) bəzi daşlar var ki, onlardan çaylar qaynayır, bəziləri parçalanır içindən su sızır bəziləri Allahın (yaradarkən təbiətlərində qoyduğu) qorxusundan (dağlardan) tökülür. (Varlıqların Allahın iradəsindən təsirlənmələri onların fitri qorxu itaətləridir. Məqsəd budur ki, daşlar təsirlənir, amma onların qəlblərində Allahın iradəsinə təslim halı gözə çarpmır.) Allah sizin etdiklərinizdən xəbərsiz deyildir.
Kövsər Tağıyev:
Bundan sonra qəlbləriniz yenə qatılaşdı, daş kimi, hətta daha qatı oldu. Çünki daşvar ki, içindən bulaqlar fışqırar. Daş var ki, yarılar, içindən sular çıxar. Daş da var ki, Allah qorxusu ilə (yerindən qopub) düşər. Allah etdiklərinizdən heç bir zaman xəbərsiz deyil.
M.Qənioğlu və T.Bilaloğlu:
Bundan sonra sizin ürəkləriniz sərtləşib daş kimi daha da bərk oldu. Doğurdan da daşlardan eləsi var ki, içərisindən çaylar qaynayıb çıxar, eləsi var ki, Allahın qorxusundan (şəlalə kimi) düşər. Allah sizin nələr etdiklərinizdən qafil deyildir.
Sabirə Dünyamalıyeva:
Sonra da qəlbləriniz sərtləşdi; bax budur, onlar daş kimidir, hətta daha da qatıdır. şübhəsiz, elə daşlar var ki, onlardan çaylar fışqırar, elələri var ki, yarılar içindən su çıxar, elələri var ki, Allaha qarşı hörmət, məhəbbət elmlə ürpərməkdən [yuvarlanıb] düşər. Allah sizin etdiklərinizdən xəbərsiz, qafil deyil.