Əlixan Musayev:
Lutu da (yada sal!) Biz ona hökmranlıq (peyğəmbərlik) və elm bəxş etdik, onu çirkin işlər görən bir məmləkətdən xilas etdik. Həqiqətən, onlar pis, pozğun bir camaat idilər.
Bünyadov-Məmmədəliyev:
Biz Luta da bir hökm (hikmət, peyğəmbərlik; çətin məsələləri həll edib hökm çıxartmaq) və elm verdik, onu (əhalisi) çirkin işlər görən bir məmləkətdən (çıxardıb) xilas etdik. Həqiqətən, onlar pis, fasiq (Allaha asi olan, pozğun) bir tayfa idilər.
Elmir Quliyev
:
Помяни также Лута (Лота), которому Мы даровали власть (мудрость или пророчество) и знание и которого Мы спасли от селения, жители которого совершали отвратительные поступки. Воистину, они были злодеями и нечестивцами.
Ələddin Sultanov:
Luta gəldikdə, Biz ona hökm (peyğəmbərlik, hakimlik) və elm verdik. Onu çirkin işlər görən bir məmləkətdən xilas etdik. Həqiqətən, onlar pis işlər görən fasiq kimsələrdilər.
Kerbelayi Malik ağa:
Luta (ə.s) hikmət və elm verdik. Çirkin işlər görən ölkədən onu xilas etdik. Şübhəsiz ki, onlar fasiq olan pis bir qövm idi.
Ələsgər Musayev:
Luta… Əta etdik ona hikmət və elmi və
ona nicat verdik o kənddən, hansı ki, oldular xəbis əməl
edənlər. Həqiqətən, onlar oldular pis qoum, fasiqlər!
A.Mehdiyev və D.Cəfərli:
Və Biz Luta hökm (hikmət, hakimiyyət və hökm çıxarmaq) və (şəriət hökmləri və İbrahimin kitabının təlimlərinin) elm(ini) əta etdik və ona çirkin işlər görən cəmiyyət(in için)dən nicat verdik. Çünki onlar çirkin əməl sahibi və pozğun bir tayfa idilər.
Kövsər Tağıyev:
Biz Luta da bir hikmət və bir elm verdik və onu çirkin işlər görən məmləkətdən qurtardıq. Həqiqətən, onlar pis bir qövm idilər, fasiq (Allahın əmrindən çıxan kimsələr) idilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Luta da hikmət və bilik verdik. Onu çirkin əməllər törədən məmləkətdən xilas etdik. Onlar pis, pozğun adamlar idilər.
Sabirə Dünyamalıyeva:
Və Lut; Biz ona bir hökm, bir elm verdik. Onu çirkin işlər görən şəhərdən xilas etdik. Şübhəsiz ki, onlar pis bir qövm idilər, haqq yoldan çıxmış kimsələr idilər.