Həcc Surəsi 74. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar Allahı lazımınca qiymətləndirmədilər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir!
Bünyadov-Məmmədəliyev:
(Müşriklər) Allahı layiqincə qiymətləndirmədilər (uca tutmadılar). Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir!
Elmir Quliyev :
Они не ценили Аллаха должным образом, а ведь Аллах Всесильный, Могущественный.
Ələddin Sultanov:
Onlar Allahı layiqincə qiymətləndirə bilmədilər. Şübhəsiz ki, Allah çox qüvvətli qüdrətlidir.
Kerbelayi Malik ağa:
Allahın qüdrətini haqqıyla dəyərləndirmədilər. Şübhəsiz ki, Allah mütləq Qəviyydir (qüvvətli), Əzizdir.
Ələsgər Musayev:
Bilmədilər Allahın qədrini haqq qədri ilə. Həqiqətən, Allah Qəvidir, Əzizdir!
A.Mehdiyev və D.Cəfərli:
Onlar Allahı Onun Öz məqam dərəcəsinə layiq (hətta insan üçün mümkün olan çərçivədə) qiymətləndirib tanımadılar (və buna görə ən qüdrətli varlığa varlıq aləminin yaradanına Onun ən zəif məxluqunu şərik qoşdular). Həqiqətən Allah qüvvətli yenilməz qalibdir.
Kövsər Tağıyev:
Allahın qədrini lazımınca bilmədilər. Şübhəsiz, Allah qüvvətlidir, mütləq güc sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar [müşriklər] Allahın haqqını qədərincə qiymətləndirə bilmədilər. Həqiqətən, Allah güclü qüdrətlidir.
Sabirə Dünyamalıyeva:
Allahı layiqincə qiymətləndirib tanımadılar. Şübhəsiz ki, Allah çox güclüdür, hər şeydən üstündür.