Furqan Surəsi 74. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar deyərlər: “Ey Rəbbimiz! Bizə gözümüzün aydınlığı olan zövcələr övladlar bəxş et bizi müttəqilərə imam et!”
Bünyadov-Məmmədəliyev:
o kəslər ki: “Ey Rəbbimiz, bizə zövcələrimizdən uşaqlarımızdan (sənə itaət eməklə bizi sevindirib) gözümüzün işığı (bəbəyi) olacaq övladlar ehsan buyur bizi müttəqilərə imam (rəhbər) et! deyərlər.
Elmir Quliyev :
Они говорят: "Господь наш! Даруй нам отраду глаз в наших супругах и потомках и сделай нас образцом для богобоязненных".
Ələddin Sultanov:
Onlar: “Ey Rəbbimiz! Bizə gözümüzü aydınladan zövcələr nəsillər bəxş et bizi müttəqilərə rəhbər et!” deyərlər.
Kerbelayi Malik ağa:
Onlar: ‘Rəbbimiz, zövcələrimizdən nəslimizdən bizə göz aydınlığı bağışla bizi müttəqilərə imam et.’ deyərlər.
Ələsgər Musayev:
O kəslər ki, deyərlər: «Rəbbimiz! Bəxş et bizim üçün zövclərimizdən zürriyyətimizdən gözümüzün işığı olanı et bizi müttəqilər üçün imamlar!»
A.Mehdiyev və D.Cəfərli:
o kəslər ki, «ey Rəbbimiz, zövcə övladlarımızdan bizə göz aydınlığı (saleh, pak təqvalı nəsillər) əta et (iman müsabiqəsində ya dinin əsasları, qolları təlimlərində) bizi təqvalılara başçı et» deyirlər,
Kövsər Tağıyev:
Onlar “Ey Rəbbimiz! Zövcələrimizi övladlarımızı bizim üçün göz aydınlığı et bizi Allaha qarşı gəlməkdən çəkinənlərə öndər elə” deyənlərdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar deyərlər; "Rəbbimiz, bizə gözlərimizi aydınlaşdıracaq [sevinc - bəxş edəcək] arvadlar övladlar bəxş et bizi müttəqilər üçün başçı et!".
Sabirə Dünyamalıyeva:
Rəhmanın bəndələri, "Rəbbimiz! Bizə zövcələrimizdən bizdən sonrakı nəsillərimizdən bizə göz aydınlığı olan kəslər ehsan et/bağışla. bizi Allahın mühafizəsi altına daxil olan kəslərin başçısı et!" deyər.