Nisa Surəsi 74. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Qoy dünya həyatını atıb axirəti satın alanlar Allah yolunda vuruşsunlar. Kim Allah yolunda vuruşub öldürülərsə ya qalib gələrsə, Biz ona böyük bir mükafat verəcəyik.
Bünyadov-Məmmədəliyev:
Elə isə, qoy dünyanı verib əvəzində axirəti satın alanlar Allah yolunda vuruşsunlar. Hər kim Allah yolunda vuruşaraq ölərsə ya (düşmənə) qalib gələrsə, ona böyük mükafat verəcəyik.
Elmir Quliyev :
Пусть сражаются на пути Аллаха те, которые покупают (или продают) мирскую жизнь за Последнюю жизнь. Того, кто будет сражаться на пути Аллаха и будет убит или одержит победу, Мы одарим великой наградой.
Ələddin Sultanov:
Elə isə, dünya həyatını axirət qarşılığında satanlar Allah yolunda vuruşsunlar. Kim Allah yolunda vuruşub ölər, yaxud qalib gələrsə, ona böyük bir mükafat verəcəyik.
Kerbelayi Malik ağa:
Elə isə dünya həyatını axirət həyatı qarşılığında satanlar Allah yolunda savaşsınlar. Kim Allah yolunda döyüşərkən öldürülsə ya qalib gəlsə, o təqdirdə Biz ona ‘böyük əcr’ verəcəyik.
Ələsgər Musayev:
Qoy Allah yolunda dünya həyatını verib axirəti satın alan kəslər vuruşsunlar! Kim Allah yolunda vuruşarsa qətlə yetirilərsə, ya qalib gələrsə Biz ona əzəmətli əcr verərik.
A.Mehdiyev və D.Cəfərli:
Odur ki, gərək dünya həyatını axirətə satan kəslər Allah yolunda vuruşsunlar. Kim Allah yolunda vuruşaraq öldürülsə, yaxud qalib gəlsə, tezliklə ona böyük bir mükafat əta edəcəyik.
Kövsər Tağıyev:
O halda dünya həyatını axirət həyatı qarşılığında satanlar Allah yolunda savaşsınlar. Kim Allah yolunda savaşar, öldürülər ya qalib gələrsə, biz ona böyük bir mükafat verəcəyik.
M.Qənioğlu və T.Bilaloğlu:
Qoy bu dünya həyatını verib, əvəzinə axirəti alanlar Allah yolunda vuruşsunlar. Allah yolunda vuruşana, öldürülsə də, qalib gəlsə də. böyük bir mükafat verəcəyik.
Sabirə Dünyamalıyeva:
O halda bəsit dünya həyatını satıb axirəti satın alan kəslər, Allah yolunda vuruşsunlar. Hər kim Allah yolunda vuruşub öldürülərsə ya qalib gələrsə, artıq Biz ona çox böyük bir mükafat verəcəyik.