Əlixan Musayev:
Allahdan başqa (ibadət etdikləriniz)?” Onlar deyəcəklər: “Onlar bizi qoyub qaçdılar. Xeyr, biz öncə də heç bir şeyə ibadət etmirdik!” Allah kafirləri beləcə azğınlığa salar.
Bünyadov-Məmmədəliyev:
Allahdan qeyri?!” (Müşriklər) deyəcəklər: “Onlar bizdən qeyb oldular. Xeyr, biz əslində öncə (dünyada) heç nəyə ibadət etmirdik!” Allah (haqq yoldan) kafirləri belə azdırar!
Elmir Quliyev
:
к Аллаху?" Они скажут: "Они скрылись от нас. Да и не молились мы раньше никому". Так Аллах вводит в заблуждение неверующих.
Ələddin Sultanov:
Allahdan başqa?!” Müşriklər: “Onlar bizdən uzaqlaşıb yoxa çıxdılar. Əslində, biz daha əvvəl heç bir şeyə dua etmirdik”, - deyəcəklər. Allah kafirləri belə azdırar.
Kerbelayi Malik ağa:
Allahdan başqa. (Cəhənnəmdəkilər də) deyərlər ki: ‘Onlar bizdən uzaqlaşdılar. Xeyr, (məgər) biz daha əvvəl (heç) bir şeyə tapınmamışıq. Allah kafirləri beləcə dəlalətdə buraxar.’
Ələsgər Musayev:
Allahdan başqa?» Deyərlər: «Zəlil oldular bizdən. Bəli, biz
qabaqcadan bir şey çağıran olmadıq!» Belə Allah kafirləri
zəlalətdə tərk edər!
A.Mehdiyev və D.Cəfərli:
və Onun yerinə ibadət etdikləriniz?» Onlar deyəcəklər: «Onlar bizdən qeyb oldular. Ümumiyyətlə biz heç bundan əvvəl (də Allahdan başqa) əsla bir şeyi çağırmırdıq.» Allah kafirləri bu cür öz azğınlıqlarında boşlayır (ki, onlar Qiyamətdə də yalandan əl çəkmirlər).
Kövsər Tağıyev:
Onlar isə: “(Üzü üstə buraxıb) bizdən uzaqlaşdılar. Xeyr, sən demə, biz əvvəllər heç bir şeyə tapınmırmışıq (tapındıqlarımız heç imiş)”, – deyərlər. Allah inkar edənləri bax belə sapdırar.
M.Qənioğlu və T.Bilaloğlu:
Allahdan başqa?" Onlar deyəcəklər "Onlar bizdən ayrı düşüb yox oldular. Demək biz əvvəl [dünyada] heç nəyə ibadət etmirmişik." Allah kafirləri beləcə yoldan çıxarır!
Sabirə Dünyamalıyeva:
Onlar: "Bizdən qeyb olub getdilər; əslində biz onsuz da əvvəllər heç bir şeyə yalvarmırdıq" deyəcəklər.