Əlixan Musayev:
Bir zaman İbrahim atası Azərə demişdi: “Sən bütləri tanrılarmı qəbul edirsən? Mən səni və sənin camaatını açıq-aydın azğınlıq içində görürəm”.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum) Xatırla ki, bir zaman İbrahim atası Azərə demişdi: “Sən bütləri tanrılarmı qəbul edirsən? Mən səni və sənin tayfanı açıq-aydın zəlalət içində görürəm!”
Elmir Quliyev
:
Вот Ибрахим (Авраам) сказал своему отцу Азару: "Неужели ты считаешь идолов богами? Я вижу, что ты и твой народ находитесь в очевидном заблуждении".
Ələddin Sultanov:
Bir vaxt İbrahim atası Azərə demişdi: “Sən bütləri ilah kimimi görürsən? Həqiqətən, mən səni və sənin qövmünü açıq-aydın bir zəlalət içində görürəm”. (İbrahim peyğəmbər indiki İraq ərazisində məskunlaşan Kəldani qövmündən idi. Onun qövmü ulduzlara, göy cisimlərinə və bütlərə sitayiş edirdi. İbrahim peyğəmbər bütlərə sitayiş edən atasını və qövmünü sərt bir dillə tənqid etmiş və onları bir olan Allaha iman gətirməyə çağırmışdır.)
Kerbelayi Malik ağa:
İbrahim, atası Azərə belə demişdi: ‘Sən bütləri ilahlarmı qəbul edirsən? Şübhəsiz ki, mən səni və qövmünü açıq-aşkar dəlalətdə görürəm.’
Ələsgər Musayev:
Onda Ibrahim atası Azərə dedi: «Ə, bütləri özünüz üçün ilahimi götürürsünüz? Həqiqətən, mən səni və qoumunu aşkar zəlalətdə görürəm».
A.Mehdiyev və D.Cəfərli:
(Yada sal) o zaman(ı) ki, İbrahim (atalığı və ya qayınatası, yaxud əmisi, ya da müəllimi olan) atası Azərə dedi: «Bütləri (özünə) məbudlar götürürsən? Doğrudan da mən səni və sənin qövmünü aşkar bir azğınlıq içərisində görürəm».
Kövsər Tağıyev:
Bir vaxt İbrahim atası Azərə: “Sən bütləri ilahmı tutursan? Şübhəsiz, mən səni də, qövmünü də açıq-aşkar bir azğınlıq içində görürəm”, – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Bir zaman İbrahim öz atası Azərə dedi: "Doğrudanmı sən bütləri tanrılar edirsən? Mən səni və sənin camaatını açıq-aşkar yolunu azmış görürəm."
Sabirə Dünyamalıyeva:
Və bir zaman İbrahim, atası Azərə, "Sən bütləri tanrı olaraqmı qəbul edirsən? Şübhəsiz ki, mən səni və qövmünü açıq-aşkar bir azğınlıq içində görürəm!" demişdi.