Hud Surəsi 75. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Həqiqətən, İbrahim həlim, (Allaha) çox yalvaran Ona üz tutan bir şəxs idi.
Bünyadov-Məmmədəliyev:
Həqiqətən, İbrahim həlim xasiyyətli, (həmişə dua edərək) yalvarıb-yaxaran özünü tamamilə (Allaha) təslim etmiş bir zat idi. (İbrahimin mələklərlə mübahisəsi onun bu yüksək keyfiyyətlərindən irəli gəlirdi).
Elmir Quliyev :
Воистину, Ибрахим (Авраам) был выдержанным, смиренным и кающимся.
Ələddin Sultanov:
Həqiqətən, İbrahim yumşaq ürəkli, Allaha çox yalvaran özünü Ona həsr edən bir kəs idi.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, İbrahim (ə.s) çox həlim (yumşaq xasiyyətli), çox acıyan (yalvaran), Allaha yönəlmiş bir kimsədir.
Ələsgər Musayev:
Həqiqətən, Ibrahim həlim qayıdan idi!
A.Mehdiyev və D.Cəfərli:
Doğrudan da İbrahim çox həlim camaata ürəyi yanan, dərindən ah çəkən (Bizə tərəf) qayıdan idi.
Kövsər Tağıyev:
Çünki İbrahim çox həssas Allaha yönələn bir kimsə idi.
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən, İbrahim həlim təbiətli, həmişə Allaha yalvaran Ona üz tutandır.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz ki, İbrahim, çox yumşaq xasiyyətli, çox yalvarıb-yaxaran/kövrək ürəkli/yönələn biri idi.