Əlixan Musayev:
(Qardaşlar) dedilər: “Onun cəzası – (itmiş piyalə,) yükündə tapılan kimsənin özünün (kölə edilərək) cəzalandırılmasıdır. Biz zalımları belə cəzalandırırıq”.
Bünyadov-Məmmədəliyev:
(Qardaşlar: ) “Onun cəzası yükündə (oğurluq şey) tapılan adamın özüdür (onun kölə edilməsidir). Biz zalımları belə cəzalandırırıq!” – deyə cavab verdilər.
Elmir Quliyev
:
Братья сказали: "Тот, в чьем вьюке она будет найдена, будет задержан в наказание. Так мы воздаем беззаконникам".
Ələddin Sultanov:
(Yusifin qardaşları:) “Onun cəzası (oğurlanan əşya) yükündə tapılan şəxsin özünün (kölə edilərək) cəzalandırılmasıdır. Biz zalımları belə cəzalandırırıq”, – deyə cavab verdilər. (Yaqub peyğəmbərin şəriətinə görə, oğurluq edən şəxs tutulduğu zaman ona, əşyasını oğurladığı kimsə üçün bir il müddətində qul kimi xidmət etmə cəzası verilirdi.)
Kerbelayi Malik ağa:
‘Onun cəzası, o təqdirdə yükündə (itkin əşya) olan adamın özüdür (adamın özü cəza olaraq bir il kölə olar). Biz zalımları belə cəzalandırarıq.’ dedilər.
Ələsgər Musayev:
Dedilər:
«Cəzası odur ki, kimin yükündə o tapılarsa və o, özü cəza
çəkəcəkdir. Belə cəzalandırırıq zalimləri!»
A.Mehdiyev və D.Cəfərli:
Qardaşlar dedilər: «Onun cəzası budur ki: Su qabı kimin yükünün içindən tapılsa, o özü onun cəzasıdır (oğru bir müddət mal sahibinin ixtiyarında qalır). Biz (oğurluq etməklə) zülm edənləri belə cəzalandırırıq».
Kövsər Tağıyev:
Onlar da: “Cəzası su qabı kimin yükündə olarsa, onun özü (nün həbs edilməsi) onun cəzasıdır. Biz zalımları belə cəzalandırırıq”, – dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar dedilər: "Cəzası? Kimin yükünün içindən o tapılsa, cəzası elə o, özüdür [qul edilməlidir]. Haqsızları biz belə cəzalandırırıq".
Sabirə Dünyamalıyeva:
Karvandakılar dedilər ki: "Onun cəzası, kimin yükündə çıxsa, onun özü [bu işin] cəzasısır/onu tutub saxlayarsınız, [bu işin] cəzasını özü çəkər. Biz səhv; öz zərərinə olan əməli işləyənlərə belə cəza veririk."