İsra Surəsi 75. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Belə olacağı təqdirdə sənə həyatın ölümün əzabını ikiqat daddırardıq. Sonra Bizə qarşı özünə bir köməkçi tapa bilməzdin.
Bünyadov-Məmmədəliyev:
(Belə olacağı təqdirdə) sənə həyatın ölümün ikiqat əzabını daddırardıq. Sonra Bizə qarşı özünə bir yardım edən tapa bilməzsən. (Heç kəs səni əzabımızdan qurtara bilməz).
Elmir Quliyev :
Тогда ты вкусил бы наказание вдвойне в этой жизни и вдвойне после смерти. И тогда ты не нашел бы себе против Нас помощника!
Ələddin Sultanov:
O zaman sənə həyatın ölümün əzabını ikiqat daddırardıq. Sonra Bizə qarşı özünə bir köməkçi tapa bilməzdin.
Kerbelayi Malik ağa:
O təqdirdə, əlbəttə həyatın ölümün əzabını sənə qat-qat daddırardıq. Sonra sənin üçün Bizə qarşı bir yardımçı tapılmazdı.
Ələsgər Musayev:
Onda Biz sənə daddırardıq iki dəfə həyatda ölümdə. Sonra Bizim əleyhimizə sənin üçün yardım edən tapılmaz.
A.Mehdiyev və D.Cəfərli:
(Əgər elə olsaydı,) onda Biz sənə iki qat dünya əzabı iki qat axirət əzabı (dünyada axirətdə həmin günaha görə başqalarına verilən əzabın iki qatını) daddırardıq, sonra Bizim qarşımızda özünə bir köməkçi tapmazdın.
Kövsər Tağıyev:
O zaman sənə həyatın da, ölümün qat-qat əzabını daddırardıq. Sonra bizə qarşı özünə bir yardımçı da tapa bilməzdin.
M.Qənioğlu və T.Bilaloğlu:
Onda sənə bu dünyanın da, axirətin (əzabını) ikiqat daddırardıq. Sonra sən Bizə qarşı özünə bir köməkçi tapa bilməzdin.
Sabirə Dünyamalıyeva:
Elə olsa, sənə həyatın iki qatını ölümün iki qatını daddırardıq. Sonra Bizə qarşı özünə yardım edən birini tapa bilməzdin