Əlixan Musayev:
Siz (yəhudilərin )sizə inanacaqlarınamı ümid edirsiniz? Halbuki onlardan bir zümrə var idi ki, Allahın Sözünü eşidib anladıqdan sonra, bilə-bilə onu təhrif edirdilər.
Bünyadov-Məmmədəliyev:
(Ey möminlər!) İndi onların (yəhudilərin) sizə inanacaqlarına ümidmi edirsiniz? Halbuki (Musa dövründə) onların içərisində elələri vardır ki, Allahın kəlamını (Tövratı) dinləyib anladıqdan sonra, onu bilə-bilə təhrif edirlər.
Elmir Quliyev
:
Неужели вы надеетесь, что они поверят вам, если некоторые из них слышали Слово Аллаха и сознательно исказили его после того, как поняли его смысл?
Ələddin Sultanov:
İndi onların sizə inanacaqlarınamı ümid edirsiniz? Halbuki, onların içində elələri vardı ki, Allahın kəlamını (Tövratı) dinləyib anladıqdan sonra bilə-bilə onu təhrif edirdilər.
Kerbelayi Malik ağa:
(Ey möminlər)! Hələ onların sizə inanacaqlarınımı ümid edirsiniz? Onlardan bir firqə (qrup) vardı ki, Allahın kəlamını eşidərlər, sonra onu anladıqları halda, bilə-bilə təhrif edərlər.
Ələsgər Musayev:
Ə, təmənnanız var ki, inansınlarmı sizə? Və əlbəttə, oldu firqə
onlardan, eşidirlər kəlamını Allahın sonra təhrif edirlər onu,
sonradan nə ki əql etdilər onu və onlar bilirlər.
A.Mehdiyev və D.Cəfərli:
(Siz müsəlmanlar) onların (yəhudilərin) sizə (sizin dininizə) iman gətirmələrinə göz dikirsiniz, halbuki, onların bir dəstəsi (onların alimlərinin bəziləri, tarix boyu) Allahın kəlamını eşidir, lakin barəsində düşünüb başa düşdükdən sonra (öz dünyəvi məqsədlərinə görə) onu bilərəkdən (işlərinin çirkinliyini bilə-bilə) təhrif edirdilər.
Kövsər Tağıyev:
İndi onların sizə inanacaqlarınamı ümid edirsiniz? Halbuki aralarından bir qismi Allahın kəlamına qulaq asar, yaxşıca anladıqdan sonra onu bilə-bilə təhrif edərdilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Siz onların sizə inanacaqlarınamı ümid edirsiniz ? Onların bir qismi Allahın kəlamını dinləyib anladıqdan sonra bilə-bilə təhrif edərdilər.
Sabirə Dünyamalıyeva:
İndi siz, onların sizə inanacaqlarına ümid edirsiniz? Halbuki onlardan bir tayfa, Allahın kəlamına qulaq asar, sonra, onu yaxşıca başa düşdükdən sonra, bilə-bilə onu dəyişdirib təhrif edər.