Əlixan Musayev:
Kitab əhlindən eləsi var ki, ona bir yığın (mal )əmanət etsən, onu sənə (tam) qaytarar. Onlardan eləsi də var ki, ona bir dinar versən belə, başının üstündə durub tələb etməyincə onu sənə qaytarmaz. Bu, ona görədir ki, onlar: “Avamlardan ötrü bizə günah olmaz!”– deyirlər və bilə-bilə Allaha qarşı yalan söyləyirlər.
Bünyadov-Məmmədəliyev:
Kitab əhlindən elə kəslər vardır ki, əgər onlara bir qinar (çoxlu) əmanət verərsənsə, onu tamamilə sənə qaytararlar; elələri də vardır ki, onlara təkcə bir dinar qızıl əmanət versən, başlarının üzərində möhkəm durub tələb etməyincə sənə qaytarmazlar. Bunun səbəbi budur ki, onlar: “Ümmilərə görə (kitab əhli olmayan cahil ərəblərin mallarını mənimsəməyə görə) bizə irad tutulmayacaq”, - deyər və bilə-bilə Allaha qarşı yalan söyləyərlər.
Elmir Quliyev
:
Среди людей Писания есть такой, который вернет тебе целый кантар, если ты доверишь его ему. Но есть и такой, который, если ты доверишь ему всего один динар, не вернет его тебе, пока ты не встанешь у него над душой. Они поступают так, потому что говорят: "На нас не будет греха из-за этих невежд". Они сознательно возводят навет на Аллаха.
Ələddin Sultanov:
Kitab əhlindən eləsi var ki, əgər ona çoxlu miqdarda (mal) əmanət etsən, onu sənə olduğu kimi qaytarar. Onlardan eləsi də var ki, əgər ona bir dinar əmanət etsən, başının üstündə möhkəm durub tələb etməyincə onu sənə qaytarmaz. Bu ona görədir ki, onlar belə demişdilər: “Ümmilərə görə bizə hər hansı bir günah yoxdur”. Onlar bilə-bilə Allaha qarşı yalan söyləyirlər. (Bu ayədəki “ümmi” kəlməsi “əhli-kitabdan olmayan ərəblər” mənasındadır.)
Kerbelayi Malik ağa:
Kitab əhlindən elə kəslər var ki, ona sərvət əmanət etsən onu sənə qaytarar. Yenə onlardan elə kəslər var ki, əgər ona bir dinar əmanət versən başının üstündə davamlı durub tələb etməsən onu sənə qaytarmaz. Bu onların: ‘Ümmilər (cahil, avam) barəsində bizim üzərimizdə bir yol (cavabdehlik, məsuliyyət) yoxdur.’ demələrindəndir. Allaha qarşı bilərək yalan danışırlar.
Ələsgər Musayev:
Əhli kitabdan var kim ki, əgər ona bir kisə
əmanət versən, qaytarar onu sənə. Və onlardan var kim ki, əgər
ona dinar əmanət versən, qaytarmazlar onu sənə, ancaq sən
onların başları üstündə dayanmasan. Bu, ona görədir ki,
deyirlər: «Yoxdur üzərimizdə ümmilərə görə bir yol!» Və
deyirlər Allahın üzərinə yalanı, bir halda ki, bilirlər.
A.Mehdiyev və D.Cəfərli:
Kitab ?hlind?n el?si var ki, ?g?r ona coxlu mal? ?man?t taps?rsan, onu s?n? qaytarar. H?mcinin onlardan el?si (d?) vard?r ki, ?g?r ona birc? dinar? taps?rsan, daim bas? ustund? dayanmay?nca (v? oz mal?n? ondan t?l?b etm?yinc?), onu s?n? qaytarmaz! Bu onlar?n «savads?zlar?n (y?hudi olmayanlar?n) biz? bir yolu (bizd?n bir sey t?l?b etm?k huquqlar?) yoxdur» dem?l?rin? (bu ?qid?d? olmalar?na) gor?dir. Onlar (oz sozl?rinin puc olmas?n?) bil?-bil? Allaha yalan nisb?t verirl?r.
Kövsər Tağıyev:
Kitab əhlindən eləsi var ki, ona yüklərlə mal əmanət etsən, onu sənə (əskiksiz) qaytarar. Lakin onlardan eləsi də var ki, ona bir dinar əmanət etsən, başının üstündə durub (tələb etmədikcə) onu sənə qaytarmaz. Bu da onların, “Ümmilərə qarşı (etdiklərimizə görə) bizə günah yoxdur” demələri səbəbi ilədir. Onlar biləbilə Allaha qarşı yalan söyləyirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Kitab əhlindən eləsi var ki, ona bir yığın qızılı əmanət etsən, onu sənə qaytarar. Onlardan eləsi də var ki, ona etibar edilən bir dinarı belə, başının üstünü həmişə kəsdirməsən, sənə qaytarmaz. Çünki bu, onların: “Bu avamlara görə bizə (tənə) gəlməz." - demələrinə görədir. Onlar bilə-bilə Allaha qarşı yalan söyləyirlər.
Sabirə Dünyamalıyeva:
Və Kitab əhlindən elə kəslər vardır ki, əgər onlara bir yük əmanət versən, onu sənə geri qaytarar. Onlardan eləsi də vardır ki, ona bir ədəd qızıl pul əmanət etsən, başının üstünü kəsdirməsən onu sənə geri verməz. Bunun səbəbi, onların: "Ümmilərin/şəhərlilərin bizim əleyhimizə yol tapmağı mümkün deyil" deməsidir. Onlar bilə-bilə Allaha qarşı yalan da söyləyərlər.