Əlixan Musayev:
Amma (məbudlar )onlara heç bir kömək edə bilməzlər. Hərçənd ki, onlar bunlar üçün hazır durmuş əsgərlərdir.
Bünyadov-Məmmədəliyev:
(O bütlər) onlara heç bir kömək edə bilməzlər. Onlar özləri isə bütlər üçün (onları başqalarından qoruyan) hazır əsgərlərdir.
Elmir Quliyev
:
Они не могут помочь им, хотя они являются для них готовым войском (язычники готовы сражаться за своих идолов, или идолы будут в Последней жизни готовым войском против язычников).
Ələddin Sultanov:
(Bu bütlərin) onlara yardım etməyə gücləri çatmaz. Halbuki onlar özləri bütlər üçün hazır durmuş əsgərlərdir.
Kerbelayi Malik ağa:
(O ilahlar) onlara yardım etməyə qadir deyillər. Özləri ilahlar üçün (onlara yardım etməyə) hazır əsgərlərdir.
Ələsgər Musayev:
Bacarmazlar onlara yardım etməyə və özləri onlar üçün hazır əsgərlərdir.
A.Mehdiyev və D.Cəfərli:
Onların bunlara kömək etməyə qüdrətləri yoxdur və bunlar onlar üçün hazır qoşundurlar (dünyada bu bütləri qoruyub müdafiə edərlər, axirətdə isə onlara görə cəza görərlər).
Kövsər Tağıyev:
Bəlkə onlara yardım edilər deyə Allahı buraxıb ilahlar qəbul etdilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Özləri o tanrıların xidmətində duran əsgərlər olduqları halda, o tanrılar onlara kömək edə bilməzlər.
Sabirə Dünyamalıyeva:
Onlar, onlara yardım etmək iqtidarında deyil. Halbuki məbud qəbul edənlər, uydurma məbudlar üçün hazır əsgərlərdir.