Əlixan Musayev:
(Allah) dedi: “Ey İblis! Sənə Mənim iki əlimlə yaratdığıma səcdə etməyə mane olan nə idi? Təkəbbür göstərdin, böyüklərdənmi olmuşdun?”
Bünyadov-Məmmədəliyev:
(Allah) buyurdu: “Ey İblis! Sənə mənim Öz əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa özünü yuxarı tutdun?”
Elmir Quliyev
:
Он сказал: "О Иблис! Что помешало тебе пасть ниц перед тем, кого Я сотворил Своими обеими Руками? Ты возгордился или же принадлежишь к числу превозносящихся?"
Ələddin Sultanov:
Allah dedi: “Ey İblis! Əllərimlə yaratdığıma səcdə etməyinə mane olan nədir? Sən təkəbbürləndin, yoxsa üstün olanlardansan?”
Kerbelayi Malik ağa:
(Allahu Təala): ‘Ey iblis! Əllərimlə yaratdığıma səcdə etməyə sənə mane olan nədir? Təkəbbürləndin! Yoxsa sən ucalardanmı oldun?’ dedi.
Ələsgər Musayev:
Dedi: «Ay Iblis! Nə mane oldu sənə ki, Mənim əllərimlə xəlq
etdiyimə səcdə etmədin? Təkəbbürlü, ya ucalardan oldun?»
A.Mehdiyev və D.Cəfərli:
(Allah) buyurdu: «Ey İblis!Sənə Mənim öz əlimlə (vasitəsiz olaraq Öz istəyimlə) yaratdığıma səcdə etməyə nə mane oldu?» Təkəbbür göstərdin, yoxsa doğrudan da üstünlərdənsən?
Kövsər Tağıyev:
O anda bütün mələklər toplu halda ehtiramla əyildilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah dedi: "Ey iblis, Mənim Öz əllərimlə xəlq etdiyimə sənin səcdə etməyinə nə mane oldu? Sən təkəbbür göstərirsən, yoxsa yüksək məqamlılardan olmusan?
Sabirə Dünyamalıyeva:
Allah: "Ey İblis! Mənim iki əlimlə/qüdrətimlə əmələ gətirdiyimə boyun əyib təslim olmana mane olan nədir? Təkəbbür göstərdinmi? Yoxsa uca mərtəbələrə çatanlardanmı oldun?" dedi.