Əlixan Musayev:
Sizə nə olub ki, Allah yolunda və: “Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi təyin et, bizə Öz tərəfindən bir yardımçı təyin et!”– deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda vuruş-mursunuz?
Bünyadov-Məmmədəliyev:
(Ey müsəlmanlar!) Sizə nə olub ki, Allah yolunda (hicrət etməyib, yaxud əsir kimi Məkkədə qalıb): “Ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən (Məkkədən) kənara çıxart, bizə öz tərəfindən mühafizəçi göndər, yardımçı yolla!” – deyə dua edən aciz kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?
Elmir Quliyev
:
Отчего вам не сражаться на пути Аллаха и ради слабых мужчин, женщин и детей, которые говорят: "Господь наш! Выведи нас из этого города, жители которого являются беззаконниками. Назначь нам от Себя покровителя и назначь нам от Себя помощника"?
Ələddin Sultanov:
Sizə nə olub ki, Allah yolunda və “Ey Rəbbimiz! Əhalisi zalım olan bu şəhərdən bizi çıxart, bizə Öz tərəfindən bir (himayəçi) dost və bir yardımçı göndər!” - deyən aciz kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz? (Məkkənin fəthindən əvvəl, Mədinəyə hicrət etməyib orada qalan müsəlmanlar, müşriklərdən böyük əzab-əziyyət görmüş və Allaha dua edərək onlara yardımçı göndərməsini istəmişdilər. Yuxarıdakı ayə bu hadisəyə işarə etməklə birlikdə, dünyanın hər hansı bir yerində haqsızlığa məruz qalan çarəsiz müsəlmanların köməyinə çatmağı müsəlmanlara əmr edir.)
Kerbelayi Malik ağa:
Sizə nə olub ki, Allahın yolunda və ‘Ey Rəbbimiz! Xalqı zalım olan bu qəsəbədən bizi çıxart və dərgahından bir vəli (dost, himayəçi) və dərgahından bizə bir yardımçı göndər.’ deyən zəif və aciz kişilər, qadınlar və uşaqlar üçün savaşmırsınız?
Ələsgər Musayev:
Nə olub sizə qətl etmirsiniz Allah yolunda və zəif olan
kişilər və qadınlar və uşaqlar uğrunda ki, deyirlər: «Rəbbimiz!
Bizi əhalisi zalim olan bu kəntdən xaric et və Öz yanından bizə
dost ver və Öz yanından bizə yardımçı ver!»?
A.Mehdiyev və D.Cəfərli:
Sizə nə olub ki, Allah yolunda və (o günlərdə müşriklərin hakimiyyəti altında olan Məkkə müsəlmanlarının, eləcə də bütün əsrlərdə zəmanə imperiyalarının hakimiyyəti altında olan) kişi, qadın və uşaqlardan ibarət müstəzəflərin (zəif hala salınıb həmin halda saxlanılan təbəqənin) - həmişə «ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən kənara çıxart, bizə Öz tərəfindən bir başçı ver və bizə Öz tərəfindən bir köməkçi təyin et» deyən kəslərin (nicatı) uğrunda vuruşmursunuz?!
Kövsər Tağıyev:
Sizə nə olub ki, Allah yolunda və: “Ey Rəbbimiz! Bizləri xalqı zalım olan bu diyardan çıxar, qatından bizə bir dost ver, bizə qatından bir yardımçı ver”, – deyə yalvaran zəif və aciz kişilər, qadınlar və uşaqlar uğrunda savaşa çıxmırsınız?
M.Qənioğlu və T.Bilaloğlu:
Sizə nə olub ki, Allah yolunda, habelə: "Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxar, bizə Öz dərgahından bir himayəçi təyin et, bizə Öz tərəfindən bir köməkçi təyin et!" - deyən zəif kişi, qadın və uşaqlar üçün vuruşmayasınız?
Sabirə Dünyamalıyeva:
Sizə nə olub ki, Allah yolunda və: "Ey Rəbbimiz! Xalqı öz-özünə haqsızlıq edən kəslərdən ibarət olan bu məmləkətdən bizi çıxar, Öz tərədindən bizə bir himayəçi, yol göstərən yaxın, yaxşı bir yardımçı göndər" deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?