Əlixan Musayev:
Onlardan: “Əgər (Allah) Öz lütfündən bizə bəxş etsə, əlbəttə, biz sədəqə verər və əməlisalehlərdən olarıq!”(– deyə) Allaha əhd edənləri də vardır.
Bünyadov-Məmmədəliyev:
(Münafiqlərin) bəzisi də Allahla belə əhd etmişdir: “Əgər Allah bizə Öz nemətindən (mal-dövlət) bəxş etsə, biz mütləq sədəqə (həmin malın zəkatını) verəcək və sözsüz ki, əməlisalehlərdən olacağıq”.
Elmir Quliyev
:
Среди них есть такие, которые обещали Аллаху: "Если Он одарит нас из Своих щедрот, то мы непременно станем раздавать милостыню и будем одними из праведников".
Ələddin Sultanov:
Onlardan bəzisi də: “Əgər Allah bizə Öz lütfündən (mal-mülk) verərsə, mütləq sədəqə verəcək və əməlisalehlərdən olacağıq”, - deyə Allaha söz verdilər.
Kerbelayi Malik ağa:
Onlardan (bəzi) kimsələr: ‘Əgər (Allah) Öz fəzlindən bizə versə, əlbəttə mütləq sədəqə verərik və mütləq salehlərdən olarıq.’ deyə Allaha əhd verdilər.
Ələsgər Musayev:
Onlardan
vardır ki, Allahla əhd bağladı:«Əgər əta etsə bizə Öz fəzlindən,
hökmən sədəqə verib və salehlərdən olarıq
A.Mehdiyev və D.Cəfərli:
Onlardan Allahla «əgər O Öz lütfündən bizə əta etsə, mütləq sədəqə verəcək (hər bir haqq sahibinin haqqını ödəyəcək) və mütləq salehlərdən olacağıq» deyə əhd bağlamış kəslər vardır.
Kövsər Tağıyev:
Aralarında: “Əgər Allah bizə lütf və kərəmindən versə, mütləq bol-bol sədəqə verərik və mütləq salehlərdən olarıq”, – deyə Allaha söz verənlər də var.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlardan Allahla əhd bağlayanlar da var. Onlar: "Əgər O bizə Öz lütfündən bəxş etsə, biz də əlbəttə, sədəqə verib əməlisalehlərdən olarıq.“ - deyərlər.
Sabirə Dünyamalıyeva:
Və onlardan bəziləri: "Əgər Allah nemətlərindən bizə versə, həqiqətən [malımızın bir hissəsini] bağışlayacaq və həqiqətən yaxşılardan olacağıq" deyə Allaha söz verən kəslərdir.