Kəhf Surəsi 76. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Musa) dedi: “Əgər bundan sonra səndən bir şey barəsində soruşsam, daha mənə yoldaş olma. Sən artıq mənim diləyəcəyim (sonuncu) üzrxahlığa çatdın”.
Bünyadov-Məmmədəliyev:
(Musa) dedi: “Əgər bundan sonra səndən bir şey barəsində xəbər alsam, bir daha mənimlə yoldaşlıq etmə. (Hərəkətlərinə etiraz etdiyim, səni qınadığım üçün) sən artıq mənim tərəfimdən üzrlüsən (məni atıb getməyə haqqın vardır)”.
Elmir Quliyev :
Муса (Моисей) сказал: "Если я спрошу тебя о чем-либо после этого, то не продолжай путь вместе со мной. Твой поступок по отношению ко мне уже оправдан".
Ələddin Sultanov:
(Musa): “Əgər bundan sonra səndən bir şey soruşsam, o zaman mənimlə yoldaşlıq etmə! Artıq məndən gələcək üzrxahlığın son həddinə çatdın (Bundan sonra üzr istəyəcəyim bir tutmayacağam).
Kerbelayi Malik ağa:
(Musa ə.s) belə dedi: ‘Əgər bundan sonra səndən bir şey soruşsam artıq mənimlə yoldaşlıq etmə! Mənim tərəfimdən üzrlüsən (mənimlə yoldaşlıq etməməkdə haqqın var).’
Ələsgər Musayev:
Dedi: «Əgər bundan sonra səndən bir şey barəsində sual etsəm, onda mənimlə yoldaşlıq etmə. Əlbəttə, sən mənim tərəfimdən üzürlüsən».
A.Mehdiyev və D.Cəfərli:
Dedi: «Əgər bundan sonra səndən bir şey soruşsam, daha mənimlə yoldaşlıq etmə. Çünki həqiqətən mənim yanımda (qəbul olunan) üzrün var.»
Kövsər Tağıyev:
Musa: “Əgər bundan sonra səndən bir şey soruşsam, mənimlə yoldaşlıq etmə. Doğrusu, mənim tərəfimdən (istəniləcək son) üzrə çatdın (bu sonuncu üzr istəməyimdir)”, dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Musa dedi: "Bir şey barəsində bundan sonra bir səndən soruşsam, daha mənə yol yoldaşı olma. Həqiqətən, sən mənim son üzürümə yetdin".
Sabirə Dünyamalıyeva:
Musa: "Əgər bundan sonra səndən bir şey soruşsam, bir daha mənimlə yoldaşlıq etmə! Həqiqətən, qovsan, incimərəm" dedi.