Bəqərə Surəsi 76. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar möminlərlə rastlaşanda: “Biz iman gətirdik!”– deyir, bir-birləri ilə xəlvətdə qalanda isə: “Allahın sizə bildirdiyini onlara danışırsınız ki, Rəbbinizin yanında bunu sizə (qarşı) dəlil gətirsinlər? Məgər başa düşmürsünüz?”– deyirlər.
Bünyadov-Məmmədəliyev:
(Bu münafiqlər) iman gətirənlərlə görüşdükləri zaman: “İman gətirdik”,- deyirlər. Xəlvətdə olduqları vaxtda isə biri digərinə: “Allahın (Tövratda) sizə bildirdiyi şeyi (müsəlmanlara) xəbər verirsiniz ki, Rəbbinizin yanında onları sizə qarşı dəlil gətirsinlər? (Bunu) dərk etmirsinizmi ?” söyləyirlər.
Elmir Quliyev :
Когда они встречали верующих, то говорили: "Мы уверовали". Когда же они оставались наедине друг с другом, то говорили: "Неужели вы расскажете им о том, что открыл вам Аллах, чтобы они могли препираться с вами посредством этого перед вашим Господом? Неужели вы не уразумеете этого?"
Ələddin Sultanov:
Onlar iman gətirənlərlə qarşılaşdıqları zaman: “İman gətirdik”, - deyirdilər. Xəlvətdə olduqlarında isə bir-birlərinə belə deyirdilər: “Allahın sizə bildirdiyini onlara xəbər verirsiniz ki, Rəbbinizin yanında onları sizə qarşı dəlil gətirsinlər? Heç düşünmürsünüzmü?”
Kerbelayi Malik ağa:
Onlar amənu olanlarla (Allaha təslim olmağı diləyənlərlə) qarşılaşdıqları zaman: ‘Amənu olduq.’ dedilər. Yalnız qaldıqları zaman bir-birlərinə: ‘Allahın sizə bildirdiyi şeyləri (Rəsulallah haqqında bildirdiklərini) Rəbbinizin dərgahında sizə qarşı onu ‘hüccət (dəlil) göstərsinlər’ deyəmi onlara (möminlərə) izah edirsiniz? Hələ ağıl işlətmirsinizmi?’ dedilər.
Ələsgər Musayev:
Onda ki, görüşürlər o kəslərlə ki, inanırlar, deyirlər: «Inandıq biz». onda kitək qalırlar bəziləri tərəfinə bəzisinin, dedilər: «Ə, hədis edirsiniz onlara ilə ki, fəth etdi Allah üzərinizə, onunla mübahisə etmələri üçün sizinlə yanında Rəbbinizin? Ə, məgər əql etməzsinizmi?»
A.Mehdiyev və D.Cəfərli:
İman gətirənlərlə görüşdükləri zaman «biz iman gətirdik» deyirlər. Bir-birləri ilə xəlvətə çəkildikdə isə (bir-birlərinə) «Allahın (Tövratın ayələrindən elmini) sizə açıqladığını (İslam peyğəmbərinin sifətlərini onun doğruluğunu bəyan edən ayələri) üçün onlara (müsəlmanlara) söyləyirsiniz ki, həmin hökmləri Rəbbinizin yanında sizə qarşı (dəlil) gətirsinlər (və qələbə çalsınlar)? Heç düşünmürsünüz?!» deyirlər.
Kövsər Tağıyev:
Onlar iman edənlərlə qarşılaşdıqda: “İman etdik”, deyərlər. Bir-biriləri ilə tənha qaldıqda isə belə deyərlər: “Rəbbinizin hüzurunda dəlil kimi istifadə edib sizi susdursunlar deyəmi Allahın (Tövratda) sizə bildirdiklərini onlara söyləyirsiniz? (Belə sadə bir şeyi) dərk edə bilmirsinizmi?”
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar iman gətirənlərə rastlaşanda: "Biz iman gətirdik" söyləyirlər. Bir-birilə xəlvətə çəkiləndə isə belə deyirlər: "Allahın (Tövratda) sizə bəyan etdikləri barədə onlara danışırsınız ki, onlar da bunu Rəbbinizin hüzurunda sizə qarşı dəlilə çevirsinlər ? Ağlınız başınızda deyilmi ?!"
Sabirə Dünyamalıyeva:
onlar, iman etmiş kəslərlə rastlaşdıqda, "İnandıq" deyərlər, bir-birləriylə baş-başa qaldıqları zaman da, "Rəbbinizin yanında sizin əleyhinizdə dəlil olaraq istifadə etsinlər deyə, Allahın sizin əleyhinizə verdiyi hökmləri onlara xəbər verirsiniz? Hələ ağıllanmayacaqsınız?" deyirlər.