Ali-İmran Surəsi 76. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Xeyr! Kim əhdini yerinə yetirsə (Allahdan) qorxsa, şüb-həsiz ki, Allah müttəqiləri sevər.
Bünyadov-Məmmədəliyev:
Xeyr (elə deyildir). Hər kəs öz əhdinə vəfa etsə pis əməllərdən çəkinsə (əmanətə xəyanət etməsə), şübhəsiz ki, Allah (belə) müttəqiləri sevər.
Elmir Quliyev :
О нет! Если кто выполняет обязательство и боится Аллаха, то ведь Аллах любит богобоязненных.
Ələddin Sultanov:
Xeyr! Kim öz əhdinə vəfa göstərər (pis əməllərdən) çəkinərsə, (bilsin ki,) həqiqətən, Allah müttəqiləri sevər.
Kerbelayi Malik ağa:
Xeyr, (elə deyil)! Kim (Allah ilə olan) əhdini yerinə yetirər təqva sahibi olarsa, o təqdirdə şübhəsiz ki, Allah təqva sahiblərini sevər.
Ələsgər Musayev:
Bəli! Kim vəfa edərsə əhdilə Onun qorxarsa həqiqətən, Allah sevir müttəqiləri!
A.Mehdiyev və D.Cəfərli:
Xeyr, (mus?lmanlar?n sizin uz?rinizd? haqlar? var, cunki) kim oz(unun din? sadiq qalmaq bar?sind?ki) ?hdin? v?fa ets? v? t?qval? olsa, subh?siz, Allah da t?qval?lar? sevir (v? Allah?n dostunun basqalar? uz?rind? haqq? vard?r).
Kövsər Tağıyev:
Xeyr! (Gerçək onların dediyi deyil.) Kim sözünü yerinə yetirər Allaha qarşı gəlməkdən çəkinərsə, şübhəsiz ki, Allah da çəkinənləri sevər.
M.Qənioğlu və T.Bilaloğlu:
Xeyr! Kim öz əhdinə vəfa qılarsa Allahdan qorxarsa, (bil ki,) Allah, həqiqətən, müttəqiləri sevir.
Sabirə Dünyamalıyeva:
Xeyr, kim Onun əhdinə/Ona verdiyi sözə vəfalı olsa Allahın mühafizəsi altına daxil olsa, bilsin ki, həqiqətən Allah, Özünün mühafizəsi altına daxil olan kəsləri sevər.