Əlixan Musayev:
Gecənin qaranlığı onu bürüdükdə o, ulduz görüb: “Bu mənim Rəbbimdir!”– dedi. O batdıqda isə: “Mən batanları sevmirəm!”– dedi.
Bünyadov-Məmmədəliyev:
Gecə qaranlığı (onu) bürüdükdə o, bir ulduz görüb: “Bu mənim Rəbbimdir!” dedi. (Ulduz) batdıqda isə: “Mən batanları sevmirəm”, söylədi.
Elmir Quliyev
:
Когда ночь покрыла его своим мраком, он увидел звезду и сказал: "Вот мой Господь!" Когда же она закатилась, он сказал: "Я не люблю тех, кто закатывается".
Ələddin Sultanov:
Gecənin qaranlığı onu bürüdüyü zaman o, bir ulduz gördü və dedi: “Bu mənim Rəbbimdir!” Ancaq (ulduz) batdığı zaman: “Mən batanları sevmirəm”. – dedi.
Kerbelayi Malik ağa:
Gecə onun üzərini bürüdükdə (gecə olduqda) bir ulduz gördü. ‘Bu mənim Rəbbimdir.’ dedi. Lakin batdıqda isə, ‘Batanları sevmirəm.’ dedi.
Ələsgər Musayev:
Amma elə ki, gecə onun bürüdü, bir ulduz gördü, dedi: «Bu, mənim Rəbbimdir!» Amma elə ki, batdı, dedi: «Batanları sevmirəm».
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, gecə onun üzərinə qaranlıq pərdə çəkən zaman o, bir ulduz gördü (və müşriklərlə mübahisə etmək üçün) dedi: «Bu mənim Rəbbimdir.» Elə ki, (həmin ulduz) batdı (İbrahim) dedi: «Mən batanları sevmirəm».
Kövsər Tağıyev:
Üzərinə gecənin qaranlığı çökdüyü zaman bir ulduz gördü. “Budur Rəbbim!” – dedi. Yalnız batdığı zaman isə: “Mən belə batanları sevmərəm”, – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Üzərinə gecə çökdükdə o, bir ulduz görərək: "Bu, mənim Rəbbimdir" - dedi. O batdıqda isə: "Mən batanları sevmirəm." - dedi.
Sabirə Dünyamalıyeva:
Bu səbəbdə, İbrahim, gecənin qaranlığı üstünə çökdükdə, bir ulduz gördü: "Bu mənim Rəbbimdir" dedi. Sonra ulduz batdıqda, "Mən batanları sevmirəm" dedi.