Tövbə Surəsi 76. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Allah) Öz lütfündən onlara verdikdə isə simiclik edərək üz çevirib getdilər.
Bünyadov-Məmmədəliyev:
(Allah) Öz nemətindən onlara (istədiklərini) ehsan buyurduqda xəsislik etdilər (əhdə vəfa etməyib itaətdən də) üz döndərdilər. Onlar elə zatən dönükdürlər!
Elmir Quliyev :
Когда же Он одарил их из Своих щедрот, они стали скупиться и отвернулись с отвращением.
Ələddin Sultanov:
Ancaq Allah Öz lütfündən onlara (mal-mülk) verdiyi zaman xəsislik etdilər üz çevirərək (sözlərindən) döndülər.
Kerbelayi Malik ağa:
Bundan sonra onlara (Allah) Öz fəzlindən verincə, onunla (verdiyi şeylə) xəsis oldular. Onlar üz çevirən kimsələr olaraq (əhdlərindən) döndülər.
Ələsgər Musayev:
Amma elə ki, əta etdi onlara Öz fəzlindən, onunla simiclik etdilər etiraz edərək üz çevirdilər.
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, elə ki, (Allah) Öz lütfündən onlara əta etdi, ona xəsislik etdilər (qəlbən) dönük olaraq üz çevirdilər.
Kövsər Tağıyev:
Lakin Allah lütf kərəmindən onlara verdikdə onda xəsislik etdilər üz çevirərək dönüb getdilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah Öz lütfündən onlara bəxş etdikdə isə onlar bunu (sərf etməkdə) xəsislik göstərdilər üz çevirib döndülər.
Sabirə Dünyamalıyeva:
Sonra, zaman ki, Allah onlara Öz nemətlərindən verir, onda xəsislik edirlər üz döndərərək boyun qaçırırlar.