Əlixan Musayev:
Elçilərimiz Lutun yanına gəldikdə, onlara görə kədərləndi, ürəyi sıxıldı və: “Bu, çox çətin bir gündür”– dedi.
Bünyadov-Məmmədəliyev:
Elçilərimiz (mələklər) Lutun yanına gəldikləri zaman (tayfası bu gözəl qonaqlara bir pislik yetirər deyə) əndişəyə düşdü, ürəyi sıxıldı və: “Bu, çox çətin (başabəlalı) bir gündür!” – dedi.
Elmir Quliyev
:
Когда Наши посланцы явились к Луту (Лоту), он огорчился из-за них, почувствовал себя стесненным и сказал: "Это — тяжкий день".
Ələddin Sultanov:
Elçilərimiz (mələklər) Lutun yanına gəldikləri zaman Lut onlara görə pis oldu, ürəyi sıxıldı və: “Bu, çox çətin bir gündür!” - dedi. (Mələklər cavan oğlanlar surətində gəldikləri üçün Lut peyğəmbər onları insan zənn etmiş və qövmünün onlara zərər verəcəyindən qorxmuşdu. Çünki Lutun qövmündə pozğunçuluq həddindən artıq yayılmışdı.)
Kerbelayi Malik ağa:
Rəsullarımız Luta (ə.s) gəldiyi zaman onlara görə kədərləndi və ürəyi sıxılıb təlaşlandı. ‘Bu, çox pis (çətin) bir gündür.’ dedi.
Ələsgər Musayev:
Amma elə ki,
rəsullarımız Luta yaxınlaşdı, o, kədərlənib və onlara görə
sıxıntı keçirtdi. Dedi: «Bu gün ağır gündür».
A.Mehdiyev və D.Cəfərli:
Və bizim elçilərimiz Lutun yanına gələn zaman o, onlara görə narahat oldu və (öz qövmünün qonaqlar barəsində pis niyyətdə olmalarından) sıxıntıya düşdü. Və əli onları himayə etməkdən üzüldü və dedi: «Bu gün çox çətin bir gündür».
Kövsər Tağıyev:
Elçilərimiz Lutun yanına gəldikləri zaman onlara görə məyus oldu, ürəyi sıxıldı və: “Bu çox çətin bir gündür”, – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Elçilərimiz Lutun yanına gələndə o, onların gəlişindən dilxor oldu, ürəyi sıxıldı və dedi: “Bu, ağır bir gündür".
Sabirə Dünyamalıyeva:
Və nə zaman ki, elçilərimiz Lutun yanına gəldilər, bundan ötrü o kədərləndi, bunlar barəsində əli-qolu bağlanıb qaldı və "Bu, qorxunc bir gündür!" dedi.