Əlixan Musayev:
Biz Musaya: “Qullarımla birlikdə gecə yola çıx, (əsanı suya vurmaqla) onlar üçün dənizdə quru yol aç. (Düşmənin) sizə çatmasından qorxma, çəkinmə!”(– deyə) vəhy etdik
Bünyadov-Məmmədəliyev:
(İzzət və cəlalıma) and olsun ki, Biz Musaya belə vəhy etdik: “Qullarımla gecə yola çıx, (əsanı suya vurmaqla) onlar üçün dənizdə quru bir yol aç. (Fironun) sizə yetişməsindən qorxma, (suya qərq olmaqdan da) əndişəyə düşmə!”
Elmir Quliyev
:
Мы внушили Мусе (Моисею) откровение: "Ночью отправляйся в путь с Моими рабами и проложи для них по морю сухую дорогу. Не бойся, что тебя настигнут, и не опасайся!"
Ələddin Sultanov:
Şübhəsiz ki, Biz Musaya: “Qullarımla birlikdə gecə yola çıx! (Fironun sizə) yetişməsindən qorxmadan və əndişəyə düşmədən onlar üçün dənizdə quru bir yol aç!” - deyə vəhy etdik. (Bu ilahi əmrdən sonra Həzrət. Musa qövmü ilə birlikdə gecə yola çıxmış, Firon da bundan xəbər tutmuşdu.)
Kerbelayi Malik ağa:
And olsun ki, Biz Musaya (ə.s) vəhy etdik ki: ‘Qullarımla gecə yola çıx! Sonra da əsanla vuraraq onlar üçün dənizdə quru bir yol aç! (Fironun sizə) çatmasından qorxma və narahat olma!’
Ələsgər Musayev:
Biz Musaya vəhy etdik: bəndələrimlə gecə çağı çıx və
dəryadan onlar üçün quru yol aç və onun təqibindən xoflanma
və çəkinmə!
A.Mehdiyev və D.Cəfərli:
Və əlbəttə, Biz Musaya vəhy etdik ki, bizim bəndələrimizi (Misirdən) gecə hərəkət etdir və onlar(ın keçmələri) üçün dənizdə (Nil çayında onu yarmaqla) bir quru yol aç ki, çatmaqdan (fironçuların gəlib çatmalarından) qorxmayasan və batmaqdan çəkinməyəsən.
Kövsər Tağıyev:
(Firon iman etmədikdə) Musaya: “Qullarımı (İsrail oğullarını) gecə vaxtı (Misirdən) yola çıxar. Ələ keçirilməkdən qorxmadan, əndişə etmədən onlara dənizdə quru bir yol aç”, – deyə vəhy etdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz Musaya vəhy etdik: "Gecə vaxtı bəndələrimlə səfərə çıx, ərişilməktən qorxub çəkinmədən dənizdə onlar üçün bir quru yol aç
Sabirə Dünyamalıyeva:
Və and olsun, Biz Musaya "Arxanızdan çatacaqlarından qorxmadan və hörmətlə, məhəbbətlə ürpərməyərək/Firon qarşısında minnətli olmayaraq bəndələrimlə gecə yola düş və onlar üçün bol suda/çayda quru bir yol aç!" deyə vəhy etdik.