Qəsəs Surəsi 77. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allahın sənə verdiyi ilə Axirət yurduna can at. Dünyadakı nəsibini unutma. Allah sənə yaxşılıq etdiyi kimi, sən (başqalarına) yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə çalışma. Şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri sevmir”.
Bünyadov-Məmmədəliyev:
Allahın sənə verdiyindən özünə axirət qazan (malını Allah yolunda sərf et). Dünyadakı nəsibini unutma. (O maldan qismətinin ancaq bir kəfən olduğunu bil. Pulunu mənasız yerə sağa-sola səpələmə; səhhətinin, sərvətinin, gəncliyinin qədrini bil. Sabah səni Allahın əzabından qurtara biləcək yaxşı əməllər et). Allah sənə (sərvət verməklə) yaxşılıq etdiyi kimi, sən (varından yoxsullara, qohum-əqrəbaya xərcləməklə) yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə. Həqiqətən, Allah fitnə-fəsad törədənləri sevməz!”
Elmir Quliyev :
А посредством того, что Аллах даровал тебе, стремись к Последней обители, но не забывай о своей доле в этом мире! Твори добро, подобно тому, как Аллах сотворил добро для тебя, и не стремись распространять нечестие на земле, ведь Аллах не любит распространяющих нечестие".
Ələddin Sultanov:
Allahın sənə verdikləri ilə (Allah yolunda infaq edərək) axirət yurdunu istə! Dünyadakı nəsibini unutma! Allahın sənə yaxşılıq etdiyi kimi, sən yaxşılıq et yer üzündə fitnə-fəsad törətməyi düşünmə! Şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri sevməz”.
Kerbelayi Malik ağa:
Allahın sənə verdiyi şeylərin içində axirət yurdunu istə. Dünyadan nəsibini unutma. Allahu Təalanın sənə ehsan etdiyi kimi sən ehsan et (qarşılıqsız ver). Yer üzündə fitnə-fəsad istəmə (çıxartma). Şübhəsiz ki, Allah fəsad çıxaranları sevməz.
Ələsgər Musayev:
Axtar Allah?n s?n? ?ta etdiyind? axir?t evini v? unutma dunyadak? n?sibini. Yaxs?l?q et, n? q?d?r, Allah s?n? yaxs?l?q etdi v? cal?sma ?rzd? f?sad etm?y?. H?qiq?t?n, Allah sevm?z f?sad ed?nl?ri!»
A.Mehdiyev və D.Cəfərli:
«Və Allahın sənə vermiş olduğundan axirət evini qazan, dünyadakı (ömür maldan olan) nəsibini unutma. Allah sənə yaxşılıq etdiyi kimi sən (başqalarına) yaxşılıq et yer üzündə fəsad dalınca düşmə. Çünki Allah fəsad törədənləri sevməz».
Kövsər Tağıyev:
“Allahın sənə verdiklərində axirət yurdunu ara. Dünyadan nəsibinə düşəni unutma. Allahın sənə yaxşılıq etdiyi kimi sən yaxşılıq et yer üzündə fitnə-fəsad istəmə. Çünki Allah fitnə-fəsad törədənləri sevməz”.
M.Qənioğlu və T.Bilaloğlu:
Allahın sənə verdikləri ilə axirət evinə can at! Bu dünyadakı qismətini unutma. Allah sənə yaxşılıq etdiyi kimi sən yaxşılıq et yer üzündə fitnə-fəsad törətməyə çalışma! Axı Allah fitnə-fəsad törədənləri sevmir."
Sabirə Dünyamalıyeva:
Allahın sənə bəxş etdiyi kimi, sən bəxş et. yer üzündə fitnə-fəsad törətməyi istəmə. Şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri sevməz."