Əlixan Musayev:
Həqiqətən də, Allah ilə olan əhdlərini və andlarını ucuz qiymətə satan kəslər üçün axirətdə heç bir pay yoxdur. Allah onları danışdırmayacaq, Qiyamət günü onların üzünə baxmayacaq və onları təmizə çıxarmayacaqdır. Onlar üçün üzücü bir əzab vardır.
Bünyadov-Məmmədəliyev:
Allah ilə olan əhdlərini və andlarını ucuz bir qiymətə satan şəxslərə axirət nemətlərindən heç bir pay yoxdur. Allah qiyamət günündə onları dindirməz, onlara nəzər salmaz və onları (günahlarından) pak etməz (təmizə çıxarmaz). Onları şiddətli bir əzab gözləyir!
Elmir Quliyev
:
Воистину, тем, которые продают завет с Аллахом и свои клятвы за ничтожную цену, нет доли в Последней жизни. Аллах не станет говорить с ними, не посмотрит на них в День воскресения и не очистит их. Им уготованы мучительные страдания.
Ələddin Sultanov:
Allahla olan əhdlərini və andlarını az bir mənfəət müqabilində dəyişdirənlər üçün axirətdə heç bir pay yoxdur. Qiyamət günü Allah onlarla danışmayacaq, onlara baxmayacaq və onları təmizə çıxarmayacaqdır. Onlar üçün acı bir əzab vardır.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, onlar Allahın əhdini və yəminlərini az bir dəyərə satarlar. Onlar üçün axirətdə bir nəsib yoxdur. Allah onlar ilə danışmayacaq və qiyamət günü onlara nəzər etməyəcək (baxmayacaq). Onları təmizə çıxarmayacaq və onlar üçün ağrılı-acılı əzab vardır.
Ələsgər Musayev:
Həqiqətən, o kəslər ki, alver
edirlər əhdi ilə Allahın və andları ilə onlar az qiymətə – həmin
onlar üçün yoxdur axirətdə pay və kəlmə kəsməz onlarla
Allah və nəzər salmaz onlara qiyamətin günündə və paklamaz
onları və onlar üçün ələmli əzab var!
A.Mehdiyev və D.Cəfərli:
H?qiq?t?n, oz ?hd-peymanlar? v? andlar?(n? - dini q?bul etm?k bar?sind? olan ?hd-peymanlar?n? v? haqqa kom?k ucun olan andlar?n? pozmaq) muqabilind? ucuz bir qazanc (v?zif? v? mal) ?ld? ed?n k?sl?rin axir?td? bir paylar? yoxdur. H?mcinin Allah onlarla dan?smayacaq, Qiyam?t gunu onlara (r?hm?t) n?z?r(i) salmayacaq, onlar? paklasd?rmayacaq v? onlar ucun agr?l? bir ?zab olacaqd?r.
Kövsər Tağıyev:
Şübhəsiz, Allaha verdikləri sözü və andlarını ucuz qiymətə dəyişənlər ki var, onların axirətdə bir payı yoxdur. Allah qiyamət günü onlarla danışmayacaq, onlara baxmayacaq və onları təmizləməyəcək. Onlar üçün ağrılı-acılı bir əzab var.
M.Qənioğlu və T.Bilaloğlu:
Allahla olan əhdlərini və öz andlarını ucuz qiymətə satanlar - onların axirət dünyasında heç bir qisməti yoxdur. Allah axirət günü onlarla bir kəlmə belə kəsməyəcək, nəzərlərini onların üzərinə salmayacaq və onları təmizə çıxarmayacaqdır. Onlar üçün üzücü bir əzab vardır.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, Allahın əhdini/Allaha verdikləri sözləri və andlarını ucuz qiymətə satan kəslər; bax onlar, axirətdə heç bir payı olmayanlardır. Və Allah qiyamət günü onları dindirməz, onlara nəzər salmaz və onları təmizə çıxarmaz. Çox şiddətli əzab da onlar üçündür.