Əlixan Musayev:
Səbr et! Həqiqətən, Allahın vədi haqdır. Ya onlara vəd etdiyimizin bir qismini sənə göstərəcək, ya da daha öncə sənin canını alacağıq. Onlar (axırda) Bizə qaytarılacaqlar.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər! Müşriklərin əziyyətlərinə) səbr et. Allahın (sənə və möminlərə verdiyi zəfər) vədi haqdır. Ya onlara vəd etdiyimizin (əzabın) bir qismini (diri ikən) sənə göstərəcək, ya da səni Öz dərgahımıza aparacağıq. Onlar Bizim hüzurumuza qaytarılıb gətiriləcəklər! (Qiyamət günü dünyadakı əməllərinə görə şiddətli əzaba düçar olacaqlar!)
Elmir Quliyev
:
Будь же терпелив, ибо обещание Аллаха истинно. Мы можем показать тебе часть того, что обещаем им, а можем умертвить тебя до этого. Они все равно будут возвращены к Нам.
Ələddin Sultanov:
Ona görə də səbir et! Həqiqətən, Allahın vədi haqdır. Heç şübhəsiz, ya onlara vəd etdiyimizin (əzabın) bir qismini sənə göstərəcəyik, ya da daha əvvəl sənin canını alacağıq. Onlar Bizə qaytarılacaqlar.
Kerbelayi Malik ağa:
Elə isə səbir et. Şübhəsiz ki, Allahın vədi haqdır. Onlara vəd etdiklərimizin (əzabın), bir qismini sənə göstərərik və ya səni (daha əvvəl) öldürərik. Sonunda onlar Bizə döndürüləcəklər.
Ələsgər Musayev:
Səbr et! Həqiqətən, vədi
Allahın haqdır. Nə vaxt ki, göstərərik sənə bəzisini odur ki,
onlara vəd vermişik və ya sənə vəfat bağışlarıq, Bizə tərəf
onlar müraciət edəcəklər.
A.Mehdiyev və D.Cəfərli:
Buna görə də səbr et. Əlbəttə Allahın (onların məğlub və əzaba düçar olmaları barəsindəki) vədi haqdır. Əgər onlara vəd etdiyimizin bəzisini sənə göstərsək və yaxud (onlardan qabaq) sənin canını alsaq, onların hamısı Bizə tərəf qaytarılacaqlar (və sən axirətdə onların cəzasını görəcəksən).
Kövsər Tağıyev:
Sən səbir et. Şübhəsiz, Allahın verdiyi söz gerçəkdir. Onlara vəd etdiyimiz əzabın bir qismini sənə göstərsək də (ya da göstərməzdən əvvəl), səni vəfat etdirsək də sonda onlar bizə qaytarılacaqlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Səbr et! Həqiqətən, Allahın vədi haqdır. Ya kafirlərə vəd etdiklərimizin [əzabın] bir qismini sənə göstərəcəyik, ya da sənin əcəlini çatdıracağıq. Onlar Bizə qaytarılacaqlar.
Sabirə Dünyamalıyeva:
Artıq sən səbr et, şübhəsiz Allahın vədi haqdır. Artıq onlara etdiyimiz təhdidin bir qismini sənə göstərsək də və ya səni vəfat etdirsək; keçmişdə etdiklərini və etməli olduğun halda etmədiklərini bir- bir xatırlatsaq da onlar, yalnız Bizə qaytarılacaqlar.