Tövbə Surəsi 77. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allaha verdikləri vədə xilaf çıxdıqlarına yalan söylədiklərinə görə (Allah da) onların qəlblərinə Onunla qarşılaşacaqları günədək nifaq saldı.
Bünyadov-Məmmədəliyev:
(Allaha) verdikləri vədə xilaf çıxdıqlarına, yalan danışdıqlarına görə Allah da onların ürəyinə qarşılaşacaqları günə (qiyamət gününə) qədər (davam edəcək) nifaq saldı.
Elmir Quliyev :
Он наказал их, вселив в их сердца лицемерие до того дня, когда они встретятся с Ним, за то, что они нарушили данное Аллаху обещание, и за то, что они лгали.
Ələddin Sultanov:
Beləcə, Allaha verdikləri sözə xilaf çıxmaları yalan danışmaları səbəbi ilə Onunla qarşılaşacaqları axirət gününə qədər Allah onların qəlblərinə nifaq saldı.
Kerbelayi Malik ağa:
Beləliklə Ona (Allahu Təalaya) vəd etdikləri şeyi Allaha qarşı yerinə yetirmədiklərinə yalan danışdıqlarına görə (onların bu etdiklərinin) nəticəsində (Allah) onların qəlblərinə Onunla qarşılaşacaqları günə qədər nifaq duyğusu verdi.
Ələsgər Musayev:
O aqibətini onlara, Onunla görüşəcəkləri günə qədər, qəlblərində nifaq verdi. Bu, ona görə idi ki, onlar Allaha qarşı xilaf çıxdılar ki, Ona vəd vermişdilər ilə ki, oldular yalançılar.
A.Mehdiyev və D.Cəfərli:
Odur ki, Allaha verdikləri vədə xilaf çıxdıqlarına daim yalan danışdıqlarına görə, Allah Onunla görüşəcəkləri günə (Qiyamət gününə) kimi onların qəlblərinə bir nifaq saldı.
Kövsər Tağıyev:
Allaha verdikləri sözə əməl etmədikləri yalan danışdıqları üçün O da qəlblərinə, özü ilə qarşılaşacaqları günə qədər (davam edəcək) bir nifaq saldı.
M.Qənioğlu və T.Bilaloğlu:
Allaha verdikləri sözə xilaf çıxdıqlarına yalan işlətdiklərinə görə O, onların ürəklərinə Onunla görüşəcəkləri günə qədər (davam edəcək) bir nifaq toxumu saldı.
Sabirə Dünyamalıyeva:
Nəhayət, Allaha vəd etdikləri şeylərdə əhdlərini pozduqları yalan söylədikləri üçün, Allah da Özüylə qarşılaşacaqları günə qədər [onların] qəlblərində qalacaq bir münafiqlik yerləşdirərək, onları cəzalandırdı.