Əlixan Musayev:
Onlar dedilər: “Ey hökmdar! Onun çox qoca atası var. Onun yerinə bizim birimizi götür. Həqiqətən, Biz səni yaxşı adam hesab edirik”.
Bünyadov-Məmmədəliyev:
(Qardaşlar) dedilər: “Ey vəzir! Bunun çox qoca bir atası vardır. Onun yerinə bizim birimizi tutub saxla. Biz sənin yaxşılıq edən adamlardan olduğunu görürük”.
Elmir Quliyev
:
Они сказали: "О повелитель! Его отец — многолетний старик. Задержи вместо него кого-либо из нас. Мы видим, что ты — один из творящих добро".
Ələddin Sultanov:
(Qardaşlar) dedilər: “Ey vəzir! Onun çox qoca bir atası var. Onun yerinə bizdən birini saxla. Çünki sənin yaxşı insanlardan olduğunu görürük”.
Kerbelayi Malik ağa:
‘Ey vəzir! Həqiqətən onun çox yaşlı, böyük bir atası var. O səbəblə onun yerinə bizdən birini götür. Şübhəsiz ki, biz sənin muhsinlərdən olduğunu görürük.’ dedilər.
Ələsgər Musayev:
Dedilər: «Ay Əziz! Onun böyük şeyx atası var. Onun yerinə
bizlərdən birimizi götür. Biz səni yaxşılardan görürük»
A.Mehdiyev və D.Cəfərli:
Dedilər: «Ey Əziz, həqiqətən onun çox qoca və yaşı ötmüş bir atası vardır. Buna görə də onun yerinə bizim birimizi götür. Həqiqətən biz səni yaxşılıq edənlərdən görürük».
Kövsər Tağıyev:
Onlar Yusufa: “Ey güclü vəzir! Bunun ixtiyar bir atası var. Onun əvəzinə bizdən birini saxla. Şübhəsiz ki, sənin yaxşılıq edənlərdən olduğunu görürük”, – dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar dedilər: "Ey hakim! Onun çox qoca atası vardır. Onun əvəzinə birimizi götür. Görürük ki, həqiqətən də sən xeyirxah adamsan".
Sabirə Dünyamalıyeva:
Onlar dedilər ki: "Ey Əziz! Şübhəsiz ki, bunun çox yaşlı bir atası var. Buna görə, onun yerinə bizim birimizi tutub saxla. Həqiqətən, Biz səni yaxşı adam hesab edirik."