Əlixan Musayev:
Firon öz ordusu ilə onları təqib etdi və dəniz onları qaplayıb batırdı.
Bünyadov-Məmmədəliyev:
Firon öz ordusu ilə onları təqib etdi, dəniz də (şahə qalxan dalğaları ilə) onları (onun əsgərlərini) çulğayıb qərq etdi, özü də necə!
Elmir Quliyev
:
Фараон со своим войском бросился преследовать их, но море накрыло их полностью.
Ələddin Sultanov:
Buna görə də Firon ordusu ilə onları təqib etdi. Beləcə, dəniz onları büsbütün suya qərq etdi.
Kerbelayi Malik ağa:
Beləcə Firon ordusuyla onları təqib etdi. Bunun üzərinə dəniz onları sulara qərq edib batırdı.
Ələsgər Musayev:
Firaun onları öz qoşunu ilə təqib etdi və
dəniz onları öz kamına çəkdi və onlardan əsər-əlamət qalmadı.
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə Firon qoşunu ilə birlikdə onları təqib etdi. (Musanın qövmü keçdikdən sonra onlar da dənizin içindəki yollara daxil oldular.) Onları dənizdən (dənizin suyundan) bürüyən bürüdü (insan ağılının təsəvvür edə bilmədiyi nəhəng dalğalar bürüyüb batırdı).
Kövsər Tağıyev:
Firon əsgərləri ilə birlikdə onların arxasınca düşdü, dəniz onları görülməmiş bir şəkildə bürüyüb qərq etdi.
M.Qənioğlu və T.Bilaloğlu:
Firon öz qoşunu ilə onları təqib etdi və dəniz onların [qoşunun] üstünü alıb suya qərq etdi.
Sabirə Dünyamalıyeva:
Firon ordularıyla dərhal onları təqib etdi də bol suda/çayda onları bürüyən şey bürüdü.