Maidə Surəsi 78. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
İsrail oğullarından kafir olanlar həm Davudun, həm Məryəm oğlu İsanın dili ilə lənətləndilər. Bu, onların asi olduqlarına (Allahın qoyduğu) hədləri aşdıqlarına görə idi.
Bünyadov-Məmmədəliyev:
İsrail oğullarından kafir olanlara həm Davudun, həm Məryəm oğlu İsanın dili ilə lənət oxundu. Bu onların üsyan etmələrinə həddi aşmalarına görə idi.
Elmir Quliyev :
Неверующие сыны Исраила (Израиля) были прокляты языком Давуда (Давида) и Исы (Иисуса), сына Марьям (Марии). Это произошло потому, что они ослушались и преступали границы дозволенного.
Ələddin Sultanov:
İsrail oğullarından kafir olanlar Davudun Məryəm oğlu İsanın dili ilə lənətlənmişlər. Bunun səbəbi onların üsyan etmələri həddi aşmaları idi.
Kerbelayi Malik ağa:
İsrail oğullarından inkar edənlər Hz. Davud Məryəm oğlu İsanın diliylə lənətləndilər. Bu onların üsyan etmələri, həddi aşmaları səbəbiylədir.
Ələsgər Musayev:
Israilin oğullarından o kəslərə ki, kafir oldular, Davudun Isa Məryəm oğlunun dili ilə lənət oxundu! Bu, ilə ki, onlar asi olub həddən çıxmış oldular.
A.Mehdiyev və D.Cəfərli:
İsrail övladlarından kafir olanlar Davudun Məryəm oğlu İsanın dili ilə lənətləndilər. Bu, onların itaətsizlik etmələri həmişə (Allahın təyin etdiyi) həddi aşmalarına görə idi.
Kövsər Tağıyev:
İsrail oğullarından inkar edənlər Davud Məryəm oğlu İsanın dili ilə lənətləndi. Bu, onların üsyan etmələri həddi aşmalarına görə idi.
M.Qənioğlu və T.Bilaloğlu:
İsrail övladlarından olan kafirlər Davudun Məryəm oğlu İsanın dili ilə lənətləndilər. Bu, itaətdən çıxaraq hədlərini aşdıqlarına görə oldu.
Sabirə Dünyamalıyeva:
İsrail oğullarından kafir olanlar [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edənlər], Davudun dili ilə Məryəm oğlu İsanın dili ilə lənətlənmişdir [uzaqlaşdırılmışdır]. Bu, onların üsyan etmələri həddi aşmaları səbəbiylədir.