Əlixan Musayev:
Onları dəhşətli bir sarsıntı yaxaladı və onlar öz evlərində üzüqoylu düşüb qaldılar.
Bünyadov-Məmmədəliyev:
Buna görə də onları dəhşətli bir sarsıntı (yerdən zəlzələ, göydən tükürpədici bir səs) bürüdü, onlar öz evlərində diz üstə düşüb qaldılar (bir göz qırpımında həlak oldular).
Elmir Quliyev
:
Их поразило землетрясение, и они оказались повергнуты ниц в своих домах.
Ələddin Sultanov:
Buna görə də, o güclü sarsıntı onları bürüdü və öz evlərində diz üstə düşüb qaldılar.
Kerbelayi Malik ağa:
Bunun üzərinə onları şiddətli bir sarsıntı yaxaladı və öz yurdlarında diz üstə çöküb qaldılar.
Ələsgər Musayev:
Onları bərk titrəyiş tutdu və sübh etdilər öz diyarlarında üzləri üstə düşüb qalmış halda.
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, (möhkəm göy gurultusu nəticəsində) onları şiddətli bir zəlzələ bürüdü və öz evlərində diz çökmüş və üzü üstə düşmüş halda onların hamısının canları çıxdı.
Kövsər Tağıyev:
Belə olduqda onları o qüvvətli sarsıntı yaxaladı, yurdlarında üzü üstə hərəkətsiz çöküb qaldılar.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlara elə bir zəlzələ üz verdi ki, onlar öz evlərindəcə üzüqoylu düşüb qaldılar.
Sabirə Dünyamalıyeva:
Beləliklə onları dərhal şiddətli bir sarsıntı yaxaladı və öz yurdlarında dizləri üstündə çökərək qaldılar.