Əlixan Musayev:
O dedi: “Allah eləməsin ki, yanında malımızı tapdığımız kəsdən başqasını tutub saxlayaq. Onda biz zalımlardan olarıq”.
Bünyadov-Məmmədəliyev:
(Yusif) belə cavab verdi: “Allah eləməsin! Malımızı kimdə tapmışıqsa, yalnız onu tutub saxlayacağıq. Yoxsa, sözsüz ki, haqsızlıq etmiş olarıq!”
Elmir Quliyev
:
Он сказал: "Упаси нас Аллах задержать кого-нибудь вместо того, у которого мы нашли нашу вещь. Поступив так, мы стали бы одними из беззаконников".
Ələddin Sultanov:
Yusif dedi: “Əşyamızı tapdığımız şəxsdən başqasını saxlamaqdan Allaha sığınırıq! Yoxsa, biz həqiqətən haqsızlıq etmiş olarıq”.
Kerbelayi Malik ağa:
‘Əşyamızı yanında tapdığımız adamdan başqasını götürməkdən Allaha sığınıram. Əgər biz bunu etsək, o zaman əlbəttə zalımlardan olarıq.’ dedi.
Ələsgər Musayev:
Dedi: «İtki malını yanında tapdığımız kəsdən başqasını
almaqdan Allaha pənah aparıram! Həqiqətən, onda zalimlərdən
olarıq!»
A.Mehdiyev və D.Cəfərli:
Dedi: «Allah eləməsin ki, malımızı tapdığımız şəxsdən qeyrisini tutaq. Əks halda biz mütləq zalım olarıq».
Kövsər Tağıyev:
Yusuf: “Malımızı kimin yanında tapmışıqsa ondan başqasını tutub saxlamaqdan Allaha sığınırıq. Şübhəsiz, biz o təqdirdə zülm etmiş olarıq”, – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
O dedi: "Allah eləməsin, biz (yükündə) malımızı tapdığımız kəsdən başqasını götürək! Onda biz zalım olarıq".
Sabirə Dünyamalıyeva:
Yusif dedi ki: "Malımızı kimin yanında tapmışıqsa, ondan başqasını tutmaqdan/saxlamaqdan Allaha sığınırıq. Şübhəsiz ki, biz elə etsək həqiqətən səhv; öz zərərinə olan əməli işləyənlərdən olarıq."