Əlixan Musayev:
Vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazır, sonra da: “Bu, Allahın vəhyidir!”– deyirlər ki, onunla cüzi miqdarda pul əldə edə bilsinlər. Öz əlləri ilə yazdıqlarına görə vay onların halına! Qazandıqları şeyə görə vay onların halına!
Bünyadov-Məmmədəliyev:
Vay o kəslərin halına ki, öz əlləri ilə (istədikləri kimi) kitab (Tövrat) yazıb, sonra (onun müqabilində) bir az pul almaqdan ötrü: “Bu, Allah tərəfindəndir!” - deyirlər. Öz əlləri ilə (təhrif olunmuş kitab) yazdıqlarına görə vay onların halına! Qazandıqları şey üçün vay onların halına!
Elmir Quliyev
:
Горе тем, которые пишут Писание собственными руками, а затем говорят: "Это — от Аллаха", — чтобы получить за это ничтожную плату. Горе им за то, что написали их руки! Горе им за то, что они приобретают!
Ələddin Sultanov:
Öz əlləri ilə kitab yazıb sonra da onunla bir az pul əldə etmək üçün: “Bu, Allah dərgahındandır!” - deyənlərin vay halına! Öz əlləri ilə yazdıqlarına görə onların vay halına! Qazandıqlarına görə də onların vay halına!
Kerbelayi Malik ağa:
Artıq əlləriylə kitab yazanların vay halına! Sonra da onu (bu yazdıqlarını) az bir bədəl (pul) qarşılığında satmaq üçün: ‘Bu Allahın dərgahındandır.’ deyərlər. Məhz əlləri ilə yazdıqları şeylər səbəbiylə vay onların halına və qazandıqları şeylər səbəbiylə vay onların halına.
Ələsgər Musayev:
Vay olsun o
kəslər üçün ki, yazırlar kitab əlləri ilə, sonra deyirlər: «Bu
Allah yanındandır!», - alver etmək üçün onunla az qiymətə.
Vay olsun onlar üçün nədən ki, yazdı əlləri və vay olsun onlar
üçün nədən ki, kəsb etdilər!
A.Mehdiyev və D.Cəfərli:
Buna görə də vay olsun o kəslərin halına ki, azacıq bir qazanc əldə etmək üçün öz əlləri ilə bir yazı yazıb, sonra «bu, Allah tərəfindəndir» deyirlər. Əlləri ilə yazdıqlarına görə vay olsun onlara və vay olsun onlara (bu təhrifin müqabilində) əldə etdiklərinə görə!
Kövsər Tağıyev:
Vay o kəslərə ki, əlləri ilə Kitabı yazarlar, sonra da onu ucuz qiymətə dəyişmək üçün: “Bu, Allahın qatındadır”, – deyərlər. Əllərinin yazdıqlarından ötrü vay onların halına! Qazandıqlarından ötrü vay onların halına!
M.Qənioğlu və T.Bilaloğlu:
Vay o kəslərin halına ki, onlar Kitabı öz əlləri ilə yazır, sonra isə müqabilində azacıq pul əldə etmək üçün: "Bu Allahdandır." deyirlər. Əllərinin yazdığına görə vay onların halına ! Qazandıqları şeylərə görə vay onların halına !
Sabirə Dünyamalıyeva:
Vay halına o kəslərin ki, öz əlləri ilə kitab yazar, sonra da onu bir az pula satmaq üçün, "Bu, Allah tərəfindəndir!" deyər. O əlləri yazdıqları üzündən onların vay halına! O qazandıqları şeylər üzündən onların vay halına!